Accessibility links

İranda Sepahın terrorçu siyahısına salınmasına qarşı etiraz təşkil olunub


Cümə günü əllərində üzərində "Mən də inqilab keşikçisiyəm" və "Rədd olsun ABŞ" şüarları yazılan plakatlar daşıyan minlərlə iranlı ABŞ-ın elitar İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatı olaraq müəyyən etməsinə qarşı etiraz yürüşü keçirib.

Dövlət televiziyasında Tehran Universitetində cümə ibadətindən sonra yaxınlıqdakı meydana yürüş edən izdihamın "Amerika nə düşünür? İran İnqilab keşikçiləri ilə doludur" şüarını səsləndirdiyi göstərilib. Televiziya bütün İran boyu buna bənzər dövlət tərəfindən dəstəklənən etiraz askiyalarının keçirildiyini bildirib.

Amerikalılar bilməlidirlər ki, bu, onların öz-özlərinə vurduqları zərbədir. Belə ki, onlar CENTCOM və bütün dünyadaki qoşunlarının təhlükəyə atırlar.
General Kümərs Heydəri

İran rəsmiləri ABŞ prezidenti Donald Trampın bazar ertəsi İslam İnqilab Keşikçiləri Korpusunu qara siyahıya salmaq qərarını qınayıblar. Bu addımın Yaxın Şərqdə gərginliyi artıracağı ehtimal olunur.

İranın Ali Milli Təhlükəsizlik Şurası cavab olaraq bazar ertəsi günü ABŞ Sİlahlı Qüvvələrinin Mərkəzi Komandanlığını (CENTCOM) terror təşkilatı adlandırıb.

"Amerikalılar bilməlidirlər ki, bu, onların öz-özlərinə vurduqları zərbədir. Belə ki, onlar CENTCOM və bütün dünyadaki qoşunlarının təhlükəyə atırlar," deyə cümə günü yarı rəsmi İSNA xəbər agentliyi müntəzəm ordunun quru qüvvələrinin rəhbəri general Kümərs Heydəriyə istinadən bildirib.

Təxminən 125 minlik İnqilab Keşikçiləri Korpusu həmçinin könüllü yarı-hərbi Bəsic qrupuna rəhbərlik edir və İranın ballistik raket proqramına nəzarət edir. Qvardiyanın xaricdəki Qüds qüvvələri bölgədə İranın dolayı müharibələrində döyüşüb.

Amerika Birləşmiş Ştatları daha öncə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan onlarla şəxs və təşkilatları siyahıya salıb, lakin təşkilatı bütövlükdə hədəf almamışdı.

Etirazçılar İslam Respublikasındakı mövcud ənənəyə uyğun olaraq Amerika bayrağını yandırırlar. 12 aprel, 2019. Tehran, İran.
Etirazçılar İslam Respublikasındakı mövcud ənənəyə uyğun olaraq Amerika bayrağını yandırırlar. 12 aprel, 2019. Tehran, İran.

"Bu gün bütün dünya, xüsusilə də bu bölgənin əhalisinə Amerikanın terrorizmin anası olduğu sübut olundu," deyə İslam İnqilabı Keşikçilərinin formasını geyinən və Tehranda cümə namazına başçılıq edən Ayətullah Məhəmmədəli Movahedi Kermani bildirib .

İran hərbçiləri ABŞ təyyarədaşıyıcılarının onların raketlərinin hədəf radiusunda olduğunu söyləyiblər.

Tehran və Vaşinqton arasındakı uzun zamandır gərgin olan münasibətlər Donald Tramp prezident olduqdan sonra 2015-ci ildə İran ilə dünyanın altı qüdrəti arasında imzalanan nüvə razılaşmasından çıxarması və sanksiyaları bərpa etməsinin ardınca daha da pisləşib.

İnqilab Keşikçilərinin komandirləri dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki bazalarının və İran körfəzindəki ABŞ təyyarədaşıyıcılarının İran raketlərinin hədəf radiusunda olduğunu söyləyiblər.

Tehran həmçinin ABŞ İranın neft ixracının qarşısını almaqla İran iqtisadiyyatını zəiflətməyə çalışdığı təqdirdə İran körfəzindəki Hörmüz boğazında neft hasilatına maneə yaratmaqla təhdid edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG