Accessibility links

İranda su etirazları zamanı 200-dən çox şəxsin həbs edildiyi xəbər verilir


İrandan xəbərləri işıqlandıran, ABŞ-da yerləşən bir mətbuat orqanı ötən həftə İsfahan şəhərində su qıtlığına etiraz edən nümayişçilərdən 13-ü azyaşlı olmaqla, azı 214 nəfərin həbs edildiyini xəbər verir.

İnsan Haqları Müdafiəçilərinin Xəbər Agentliyinin (HRANA) məlumatına görə, noyabrın 26-da polisin rezin güllələr atması nəticəsində 30 nəfər gözündən yaralanıb.

Tehrandan təxminən 400 kilometr cənubundan keçən və İsfahandan axan Zəyəndəhrud çayının qurumasına səbəb kim şiddətli quraqlıq və suyun yatağının dəyişməsi göstərilir.

Bu ay çayın qurumuş yatağına etiraz məqsədi ilə etmək üçün minlərlə nümayişçi toplaşmışdı. Onlar İsfahan vilayətinin müxtəlif yerlərindən gələn fermerlər olub.

Noyabrın 26-da keçirilən mitinq toqquşmaya çevrilib, təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Rəsmilər 67 “iğtişaşçının” həbs edildiyini xəbər verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton “dinc nümayişçilərə qarşı zorakılıq və repressiyalardan dərin narahatdır”.

Prays noyabrın 27-də Twitter” səhifəsində yazıb ki, “İran xalqının öz məyusluqlarını dilə gətirmək və hökumətini məsuliyyətə cəlb etmək hüququ var".

İranın ali dini lideri Ayətullah Əli Xameneyi su böhranının hökumət üçün əsas prioritet olduğunu deyib.

XS
SM
MD
LG