Accessibility links

İranda su qıtlığına qarşı etirazlarda bir nəfər həyatını itirib


İran dövlət mediası bildirir ki, cümə günü ölkənin cənub-qərbində su qıtlığına etirazlar sırasında bir nəfər həyatını itirib.

Dövlət xəbər agentliyi IRNA Şadganda yerli hökumətinin başçısı Omid Sabripura istinad edərək bildirib ki, “Şadganda bir sıra insan quraqlıq səbəbilə su çatışmazlığına etiraz etmək üçün bir araya gəlmişdi və həmin zaman fürsətçilər və iğtişaşçılar nümayişçilərdən birini güllələyərək öldürdü.”

Sabripur xəbər agentliyinə bildirib ki, bir nəfər havaya atəş açıb və düşən güllə yolda dayanan birinə tuş gələrək, onu öldürüb.

İranın cənub-qərbində su çatışmazlığı səbəbilə hökumət əleyhinə iki gün davam edən etirazlar, ekspertlərin fikrincə, İranın islamçı rəhbərləri tərəfindən təbii resursların uzun zaman yanlış idarəolunmasına diqqət çəkib.

Sosial mediada və Amerikanın Səsinin fars şöbəsi ilə paylaşılan videolarda iranlıların cümə axşamı və cümə günü İranın Xuzistan vilayətində yürüş edərək ərəb dilində şüarlar səsləndirdikləri görünür. Xuzistan vilayəti etnik ərəb azlıqlarının yaşadığı yerdir və onlar uzun zamandır İranı idarəedən farsların çoxluq təşkil edən ruhanilərini diskriminasiya və laqeydlikdə ittiham ediblər.

Amerikanın Səsi müstəqil bir şəkildə videoların həqiqiliyini təsdiq edə bilməyib, çünki İran daxilində fəaliyyət göstərməyi qadağandır.

Videolarda etirazçıların “Mən susamışam” və “su mənim haqqımdır” kimi şüarlar səsləndirdikləri eşidilir. Cümə axşamı paylaşılan bir videoda yürüş edənlərin onların qarşısını almağa çalışan iğtişaş polisinə müqavimət göstərdikləri görünür. Cümə axşamı paylaşılan bir digər videoda isə videonu çəkən şəxs həmin yerin Xürrəmşəhr şəhəri olduğunu qeyd edib, arxada isə güllə səsləri eşidilir.

İranda yaşayan fəallar Amerikanın Səsinin fars xidmətinə bildirib ki, cümə axşamı həmçinin Xuzistan vilayətinin paytaxtı Əhvazda və Bostan, Həmidiyə, Mahşəhr və Süsəngird şəhərlərində də nümayişlər keçirilib.

Bunlar İranda son aylarda baş verən ən böyük küçə etirazlarıdır. Yaralanan və ya həbs olunanlar barədə hələ ki, məlumat yoxdur.

İranın dövlət tərəfindən təsdiqlənən Fars xəbər agentliyi Əhvəz və Xuzistanın digər hissələrində insanların içməli və kənd təsərrüfatı üçün su çatışmazlığına və suluq ərazilərin və çayların həmin su mənbələrini qonşu regionardakı sənaye ərazilərinə yönəltməsi səbəbilə qurumasına etiraz etmək məqsədilə yürüş keçirdiklərini etiraf edib.

Lakin Fars xəbər agentliyi cümə axşamı keçirilən etirazların miqyasını kiçildib və “bir neçə gənc”in “bir neçə dəqiqə boyunca” təkər yandırdıqlarını, küçələri blok etdiklərini və nəqliyyata mane olduqlarını, polisin isə heç bir toqquşma olnadan daha sonra küçələri təmizlədiyini bildirib. Fars cümədən şənbəyə keçən gecəyə qədər davam edən ikinci etirazlardan bəhs etməyib.

XS
SM
MD
LG