Accessibility links

İranda türk fəallara qarşı amansız məhkəmə və polis basqısı


Kazım Səfabəxş Tehran kitab sərgisində (May 2018)

Hüquq müdafiəçiləri Tehran və İran Azərbaycanının müxtəlif şəhərlərində türk fəallara qarşı məhkəmə və polis tərəfindən basqıların amansız şəkildə artdığını bildirirlər.

Keçən iki həftə ərzində Təbriz və Ərdəbildə siyasi məhbusların ağır vəziyyəti və aclıq aksiyaları, Ərdəbil və Tehranda türk fəalların mühakiməsi və Qərbi Azərbaycan vilayətində bir neçə fəalın saxlanılmasına dair xəbərlər geniş etiraz və təpkilərə yol vermişdi.

Məhkəmə fəalın Telegram sosial şəbəkəsində fəaliyyətinə, Tehran Kitab Sərgisində üzərində “Haray haray mən türkəm!” yazılmış plakatı nümayiş etdirməsinə, habelə boz qurd işarəsi tutaraq çəkdiyi şəkilə istinad edərək, onu 13 il həbsə məhkum edib.

Traktor komandasının gənc azarkeşi və türk fəal Kazım Səfabəxşin iyunun 24-də Tehran İnqilab Məhkəməsi tərəfindən 13 il həbsə məhkum edilməsi isə etirazlar və narahatlıqların kəskin artmasına səbəb olub.

HRA agentliyi və Güney Azərbaycan Televiziyasının (Günaz TV) yayımladığı məlumata görə, məhkəmə türk fəalı “ictimai rəydə təşviş yaratmaq”, “sosial şəbəkələrdə bölücü qrup təşkil etmək” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandıraraq, onu 13 il həbsə məhkum edib.

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi Kazım Səfabəxşin Telegram sosial şəbəkəsində fəaliyyəti, Tehran Kitab Sərgisində üzərində “Haray haray mən türkəm!” yazılmış plakatı nümayiş etdirməsi, habelə boz qurd işarəsi tutaraq çəkdiyi şəkilə istinad edərək ittihamları irəli sürüb.

Milli fəal Nasir Xulusinin bildiriyinə görə, Kazım Səfabəxş məhkəmə prosesində vəkillə təmin olunmayıb.

​Ərdəbil şəhərində isə, milli fəal Muctaba Pərvin 3 ay həbs cəzaına məhkum olub. Məhkəmə türk fəalı “ayağı ilə polis maşınına vurmaq” şəklində “dövlət mülkiyyətinə zərər vermək”də günahlandırıb.

Tehran İnqilab Məhkəməsi həmçinin iyunun 23-də türk dil haqları fəalları Kiyanuş Aslani və Tovhid Əmir-Əminini mühakimə edib. İki fəalın keçən fevral ayında Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar olaraq nəzarət altına alındıqları bildirilir.

Keçən bir həftə ərzində İranın polis qüvvələri isə Qərbi Azərbaycan vilayətinin Suludz şəhərində bir neçə türk fəalı saxlayıblar. Nəzarət altına alınan fəallardan Musa Ziya Gərgəri və Səccad Şəhirinin adları yayımlanıb.

XS
SM
MD
LG