Accessibility links

İranda terror aktı ilə əlaqədar 10 nəfər həbs edilib


İranın təhlükəsizlik qüvvələri bu yaxınlarda ölkənin cənub-şərqində törədilən terror aktı ilə bağlılıqda şübhəli bilinən 10 nəfəri həbs edib.

Bu barədə İRNA agentliyi dekabrın 9-da polis rəisi Hüseyn Əştariyə istinadla xəbər verir.

O qeyd edib ki, ictimaiyyətlə əməkdaşlıq nəticəsində yaxşı dəlillər əldə olunub və ümid edirik ki, əsas başçılara çıxa biləcəyik.

Polis rəisinin sözlərinə görə, şübhəlilərin əksəriyyəti ayırd edilib və hazırda axtarışdadırlar.

Dekabrın 6-da İranın Cabahar şəhərindəki polis məntəqəsinin ətrafında törədilən partlayışda azı 2 polis əməkdaşı həlak olub, 40-a yaxın adamsa yaralanıb.

Hücumun məsuliyyətini i “Ənsar Əl-Furqan” sünni qrupu üzərinə götürüb.

Sistan-Bəlucistan əyalətində yerləşən Cabahar şəhərində sünni qrupları son illlər təhlükəsizlik qüvvələrinə dəfələrlə bu kimi hücumlar edib.

XS
SM
MD
LG