Accessibility links

İranda virusa yoluxan 2898 nəfərin öldüyü, İran Azərbaycanında virusa yoluxanların sayının artıdığı bildirilir


İranın Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpur martın 31-də ölkədə virusa yoluxanların ümumi sayının 44606 nəfər, ölənlərin sayının isə 2898 olduğunu elan edib.

İranda COVID - 19 koronavirusa yoluxanların sayı sürətlə çoxalır. İran Azərbaycanı vilayətlərində də virusa yoluxanların sayı artmaqdadır.

İran Azərbaycanı vilayətlərinin Tibb Elmləri Universitetləri tərəfindən mətbuat və xəbər agentliklərinə verilən məlumata görə, Şərqi Azərbaycan vilayətində virusa yoluxanların sayı 1443 nəfər və həyatını itirənlərin sayı 148 nəfər olub. Şərqi Azərbaycan vilayətində əhali sayı nisbətinə görə ən çox virusa yoluxma halları Sarab və Şəbistər şəhərlərində müşahidə olur. Şərqi Azərbaycan Qızıl Aypara cəmiyyətinin rəhbəri şəhərlərin girişlərində müayinələrin nəticəsini açıqlayıb. O, şəhərlərin girişlərində 1 milyon 285 minə qədər müayinə nəticəsində 1225 nəfərə COVID - 19 simptomları ilə diaqnoz qoyulduğunu deyib.

İran Azərbaycanının digər vilayəti olan Qərbi Azərbaycanın Tibb Elmləri Universitetinin direktoru həmin vilayətdə koronavirusa yoluxanların son sayını Tasnim xəbər agentliyinə açıqlamasında bildirib. Doktor Ağazadə vilayətdə virusa yoluxanların sayının 696 nəfər olduğunu, onlardan 53 nəfərin həyatını itirdiyini deyib. O, vilayətdə yoluxma hallarının artdığından narahatlığını bildirib. Urmiyə 205, Bukan 80 və Xoyda 90 yoluxma halı ilə bunların ən böhranlı şəhərlər olduğu müəyyən edilib.

Ərdəbil vilayətində isə son 24 saatda daha 4 nəfərin həyatını itirdiyi bildirilir. Vilayətdə 442 nəfərdə koronavirus tapıldığı, 75 nəfərin isə öldüyü bildirilib. Zəncan vilayətində isə virusa yoluxanların ümumi sayının 582 nəfər olduğu, onlardan həyatını itirənlərin sayının 52 nəfər olduğu deyilir.

İran Azərbaycanında rəsmilər tərəfindən verilən statistikaya görə, koronavirusa yoluxma nəticəsində həyatını itirənlərin ümumi sayı 310 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG