Accessibility links

İranda yük maşını sürücülərinin tətil aksiyası davam edir


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın müxtəlif vilayətlərində yük maşını sürücülərinin keçirdiyi tətil aksiyalarının ikinci dalğası ilə əlaqədar olaraq onlarla vətəndaş nəzarət altına alınıb.

Yük maşını sürücülərinin etirazının ilk dalğası keçən may ayında baş vermişdi. Etirazların ikinci dalğası sentyabrın 22-də edilmiş bir çağırışdan sonra başladılıb.

İnsan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyinin xəbərinə görə, ikinci dalğa aksiyalarının 9-cu gününə qədər müxtəlif şəhərlər, o cümlədən Ərdəbil, Qəzvin və Həmədanda 127 vətəndaş saxlanılıb.

Yük maşını sürücüləri əsasən xərclərin artmasına baxmayaraq, aldıqları kirayənin sabit qalmasına etiraz bildirirlər.

Keçən günlərdə İranda əhalinin əsas ehtiyacı olan bəzi qıda maddələrinin qiyməti bir neçə qat artıb. İranın xəbər agentlikləri aksiyaların xüsusilə pomidor, kartof, tomat pastası və düyünün ani bahalaşmasına səbəb olduğunu irəli sürürlər.

XS
SM
MD
LG