Accessibility links

İranda yağan güclü qar nəticəsində iki alpinist ölüb, digər ikisi yaralanıb


İranın fövqəladə hallar idarəsinin məlumatına görə, cümə günü İranın paytaxtı Tehranını yaxınlığındakı dağda iki alpinist güclü qar və çovğun nəticəsində həyatını itirib, digər iki alpinist isə yaralanıb.

Ölkənin fövqəladə xidmətinin sözçüsü Möctəba Xaledi dövlət kanalına bildirib ki, insident Kolaçkal zirvəsində baş verib.

Mətbuatda yer alan xəbərdə deyilir ki, alpinistlər yıxılaraq həlak olublar.

Bundan öncə İranın Qırmızı Aypara Cəmiyyətinin axtarış və xilasetmə bölməsinin başçısı dövlət televiziyasına bildirib ki, Kolakçalda baş verən qar uçqunu bir nəfərin ölümünə səbəb olub, bir digərinin də öldüyü güman olunur.

O və digər rəsmilər digər yayımlarda əslində qar uçqununun baş vermədiyini deyiblər, amma onlar alpinistlərin necə öldüyünə dair detal paylaşmayıblar.

Rəsmilər bildirib ki, Teranın şimalındakı başqa iki zirvəyədə də alpinistlər ilişib qaldığı üçün oraya da xilasedicilər göndərilib.

Tehran Əlburz dağ silsiləsinin yatağında yerləşir ki, orada bir neçə xizək kurortları mövcuddur. Ölkənin bir neçə hissəsində yağan ağır qar nəticəsində çox sayda küçələr bağlanıb.

XS
SM
MD
LG