Accessibility links

İranda yeniyetmə qız Instagram-da paylaşdığı rəqs videolarına görə həbs edilib


Maedeh Hocabri
Maedeh Hocabri

İranda Instagram sosial şəbəkəsində 40 mindən çox izləyicisi olan yeniyetmə qız səhifəsində rəqs videolarını paylaşdığına görə həbs edilib.

Dövlət televiziyasında nümayiş etdirilən video görüntülərdə 18, ya da 19 yaşında olan Maedeh Hocabri əxlaqi normaları pozduğunu etiraf edib, lakin başqalarını onun misalını davam etdirməyə təşviq etmədiyini bildirib. Onun üzü video görüntüdə göstərilməyib.

Videoda eyni ittihamların irəli sürüldüyü bir neçə başqa şəxs də göstərilib.

İranın dövlət televiziyasında bu kimi etirafların yayımlanması adi haldır. Hüquq müdafiəçiləri bu etirafların təzyiq altında edildiyini bildirir.

İranda İslam qanunlarına görə ictimaiyyət arasında rəqs etmək qadağandır.

Verilən bəzi məlumatlara əsasən Maedeh Hocabri zəmanətə buraxılıb.

İran polisi milyonlarla iranlının istifadə etdiyi Instagram səhifəsində bu kimi başqa hesabların da bağlanmasını planlaşdırdığını bildirib.

Maedeh Hocabri Instagram səhifəsində Qərb pop və rep musiqisinin müşayiəti ilə rəqs etdiyini göstərən onlarla foto və video yerləşdirib. Həmin foto və videolarda o, saç və bədənin örtülməsini tələb edən İslam geyim qaydalarına riayət etmədiyi şəkildə görünür.

Keçən həftə sərt xətt tərəfdarı xəbər agentliyi ədliyyə rəsmisinə istinadən Instagram-ın fltr və blok edilməsi məsələsinin gündəmdə olduğu haqda məlumat verib.

Lakin bundan bir az sonra kommunikasiya naziri Cavad Azəri Cahrumi Instagram-ın blok edilməyəcəyini deyib.

Bu ilin əvvəli İran popular mesaj applikasiyası olan Telegram-ı blok edib.

Facebook, Twitter və başqa sosial media saytları da İranda blok edilib, lakin iranlıların çoxu anti-filtr vasitələri ilə bu səhifələrdən istifadə etmək imkanı tapır.

XS
SM
MD
LG