Accessibility links

İranda yeniyetmə qız namus cinayətinin qurbanı olub


Romina Əşrəfi
Romina Əşrəfi

İranın Talış bölgəsində 14 yaşlı Romina Əşrəfi adlı yeniyetmə qızın namus qətlinə qurban getməsi və atası tərəfindən vəhşicə öldürülməsi İran toplumunda böyük reaksiya və hiddətə səbəb olub.

Hadisə sosial media istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub. Ölkə prezidenti Həsən Ruhani də məsələ ilə bağlı münasibət bildirib və bu qətli böyük bir cinayət kimi qınayıb.

Bu hadisədən sonra, İran prezidentinin Qadın və Ailə İşləri üzrə müavini Məsumə Ebtekar, prezident Həsən Ruhaninin sərəncamı ilə 7 ildən çoxdur gözlədilən qadın təhlükəsizliyi qanun layihəsinin yenidən nəzərdən keçiriləcəyini söyləyib.

İran polisinin verdiyi məlumata görə, yeniyetmə Rominanın atası polisə müraciət edərək qızının evdən qaçırıldığınını bildirib. Lakin polisin apardığı istintaq nəticəsində qızın özünün 29 yaşında evlənmək istədiyi bir kişi ilə qaçdığı ortaya çıxıb. Polis qızı atasına təslim edib, atası isə qızı yuxuda ikən onu vəhşicəsinə qətlə yetirib.

Romina Əşrəfi
Romina Əşrəfi

Rəsmi statikalara əsasən, İranda hər il 400 dən çox namus qətli baş verir.

Belə ki, İran baş verən bütün qətl cinayətlərinin 18 faizi namus və şərəf səbəbilə törədilən cinayətlər təşkil edir. İranda namus qətllərinə ən çox Xuzistan, Fars və Kürdüstan, Luristan və Şərqi Azərbaycan vilayətlərində baş verir.

Sosioloq və hüquqşünasların sözlərinə görə, bu cür cinayətlərə səbəb olan amillərdən biri İran qanunlarında qadınlarla əlaqəli ziddiyyətli qaydaların mövcud olmasıdır. İran qanunlarına əsasən, 13 yaşından yuxarı qız atasanın icazəsi ilə evləndirilə bilər. Lakin eyni qanunlara görə, bir qızın sevgilisinin olması və ya qarşı cinslə hər hansı normal əlaqə qurması belə qadağandır.

İran parlamenti 2018-ci ilin sentyabrında ölkədəki evlilik qanunlarına düzəliş etmək məqsədi daşıyan qanun layihəsini təsdiqləməyi nəzərdən keçirirdi. Parlament qızlar üçün minimum nikah yaşını 16, oğlanlar üçün isə 18 yaş olaraq təyin etmək istəyirdi. Lakin hakimiyyətdəki digər güvvələrindən gələn basqılar nəticəsində parlament bu dəyişiklikləri təsdiq edə bilmədi.

İran rəsmiləri beynəlxalq insan haqları təşkilatlarının azyaşlı qızların evləndirilməsini qadağan etməsinə dair təzyiqləri nəticəsində 2014-cü ildə bu barədə statistikaları dərc etməyi dayandırdı. Həmin ilə olan statistikalarına görə, ölkədə rəsmi nikaha daxil olan 15 yaşından aşağı qızların sayı 37 min olub.

İran qanunlarına əsas, qətl törədənlərə uzun müddətli həbs cəzaları və ya qisas cəzaları tətbiq edilir. Ancaq qatil qurbanın atası və ya babasıdırsa, bu cür cəzalar tətbiq olunmur. Qətl ata tərəfindən törədildiyi təqdirdə məhkəmə atanı “cəmiyyətin asayişi və təhlükəsizliyini pozmaq, və ya vətəndaşların qorxusuna səbəb olmaq” ittihamı ilə 3 ilə 10 il müddətinə həbsə məhkum edə bilər.

Dünya boyu əksər ölkələrdə qətl cinayəti törədənlərə adətən ömürlük həbs cəzası verilir və qisas cəzası İnsan haqları müdafiəçiləri tərəfindən tənqid olunur. Lakin İran və bənzər ölkələrdə namus qətlinı görə ömürlük həbs və ya qisas cəzası da tətbiq olunmur. “Uşaq qətlinin cəzalandırılmaması atanın uşağına sahib olduğunda dair düşüncəyə əsaslanır. Halbuki insan hüquqlarına görə, hər kəs öz bədəninə sahibdir. Maraqlıdır ki, uşaq iki valideynin məhsuludursa və hər ikisinin qanı və canı ilə qidalanırsa, nə üçün bu mülkiyyət ataya xasdır?”, deyə İranlı jurnalist İmadəddin Baqi öz məqaləsində yazıb.

Bəzi vətəndaşlar və sosioloqlar belə cinayətlərin baş verməsində çox sayda motivasya və səbəblərin olduğunu və bu növ cinayətlərin aradan qaldırılması üçün fərqli sahələrdə inkişafa və dəyişikliklərə ehtiyacın olduğunu vurğulayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG