İyulun 22-də Iranın cənubundakı Hormozqan əyalətində 5,9 bal gücündə zəlzələ olub.
150-ə yaxın insanın yaralandığı xəbər verilir.
Bundan əvvəl yeraltı təkanların 5,7 və 5,4 bal gücündə olduğu bildirilirdi.
Bu barədə AzadlıqRadiosu İRNA və Assosiated Press agentliklərinə istinadla xəbər verir.
Bu şəhərin 10 minədək sakini var.Bu ərazidə 12 kənd yerləşir.
Qeyd edək ki, İran seysmik cəhətdən həssas zonada yerləşdiyindən bu ölkədə tez-tez yeraltı təkanlar baş verir.
Ötən ilin noyabrında İraq sərhədi yaxınlığında yerləşən Kirmənşah əyalətində baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində 600-dən çox adam ölüb, minlərlə adam yaralanıb.