Accessibility links

İranda zəlzələ


İranın qərb bölgəsində 6 bal gücündə zəlzələ olub, azı 2 nəfər ölüb, 240 nəfərdən çoxu yaralanıb.

Hadisə Kermanşah əyalətinin Cavanyurd şəhərində olub.

Hadisədə ən çox Tazehabad şəhəri ziyan çəkib, bəzi kəndlərdə elektrik tamamilə kəsilib, içməli su problemi yaranıb.

Hökumətin bəyanatında deyilir ki, vəziyyət nəzarət altındadır, hansısa köməyə ehtiyac yoxdur.

Ötən noyabr ayında Kermanşahda baş verən zəlzələ 530 nəfərin ölümünə səbəb olmuşdu. Minlərlə insan yaralanmışdı.

2003-cü ildə isə Bəm zəlzələsi 26 min insan həyatına son qoymuşdu.

XS
SM
MD
LG