Accessibility links

İrandakı zəlzələ paytaxtda təşvişə səbəb olub


Mayın 8-də səhər saatlarında episentiri İranın paytaxtı Tehrandan təqribən 55 km şərqdə yerləşən 4,6 bal gücündə zəlzələ baş verib.

Paytaxda da hiss olunan zəlzələ bir nəfərin ölümünə səbəb olub. Paytaxt sakinləri yeraltı təkanlara görə təhlükəsizlik üçün evlərini tərk etməyə məcbur olub.

ABŞ-ın Geoloji Xidməti zəlzələnin yerli vaxtla saat 00:48-də Damavənd şəhəri yaxınlığında baş verdiyini bildirir.

Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur Twitterdə zəlzələ nəticəsində bir nəfərin həyatını itirdiyini və yeddi nəfərin yaralandığını bildirib. O həmçinin insanları "sakit olmağa" və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, İranın böyük tektonik plitələrin üzərində yerləşməsi səbəbi ilə burada tez-tez seysmik fəaliyyətlər hiss olunur.

Sonuncu dəfə 1990-cı ildə İranda baş verən ən ölümcül - 7.4 bal gücündəki zəlzələ 40 000 nəfərin ölümünə, 300 000 nəfərin yaralanmasına və ölkənin şimalında yarım milyon insanın evsiz qalmasına səbəb olmuşdu.

XS
SM
MD
LG