Accessibility links

İranlı deputat: İran Suriyada 30 milyard dollar xərcləyib


İran parlamentinin üzvü Hişmətullah Fəlahətpişe İranın suriyada 30 milyard dollar civarında pul xərclədiyini və bu pulu Suriyadan geri almalı olduğunu ifadə edib.

"Bu millətin 20-30 milyard pulu Suriyada xərclənib və biz o pulu Suriyadan geri almalıyıq. Bu millətin pulu orda xərclənibdir"- deyə, İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Etemadonline saytı ilə video müsahibədə bildirib.

ABŞ-ın İran üzrə fəaliyyət qrupu 2018-ci ildə yayımladığı bir məruzədə İran hökümətinin İraq, Suriya və Yəməndə militanlara dəstək olaraq 2012-ci ildən etibarən 16 milyard dollar xərclədiyini təxmin etmişdi. Ancaq İran parlamentinin üzvü son 10 il ərzində İranın Suiyada 30 milyard dollar xərclədiyini və İran üzrə fəaliyyət qrupunun göstərdiyi rəqəmlərdən təxminən iki qatının xərcləndiyi haqda ifadələri diqqət çəkib.

"Millət Pulunun harda xərcləndiyindən xəbəri olmalıdır"-deyə o bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo 2018-ci ildə Dövlət Departamentinin "Qanunsuz Rejim: İranın destruktiv əməlləri" adlı hesabatının açıqlandığı zaman tvit edərək, “İran xalqı çətinliklə yaşarkən, İranın qanunsuz höküməti 16 milyon dollardan çox pulu 2012 ildən bəri Əsədi dəstəkləyərək, Suriya, İraq və Yəməndəki digər tərəfdaşları və əlaltıları dəstəkləməklə boşa xərcləyib” - deyə, yazmışdı.

Fəlahətpişe həmçinin İranın hökumətlərarası FATF-a (Financial Action Task Force-Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) qatılması ilə mübahisələr haqqında deyib ki, “FATF-in yaxşı tərəfləri də var".

"Yeddi-səkkiz şərt qoymaqla onun pis tərəflərini təsirsiz edə bilərdik. Beləcə xalqın pullarının hara getdiyini bilməklərinə kömək edə bilərdik. Niyə bir çoxu bu qədər maliyyə şəffaflığından narahatdır?”, o bildirib.

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü dünyanın hər yerindən daha çox korrupsiya xəbərləri olduğunu və hər gün korrupsiya ilə bağlı məhkəmələr qurulduğunu ifadə edərək, İranın FATF-a qatılmasını müdafiə edib.

XS
SM
MD
LG