Accessibility links

İranlı siyasi fəal 50 gün aclıq aksiyasından sonra dünyasını dəyişib


Sosial mediadakı mesajlarına görə, həbs olunmuş iranlı siyasi fəal 50 gün aclıq aksiyası keçirəndən sonra dünyasını dəyişib. Məlumatı onun ailəsi yayıb.

Vahid Sayadi Nasirinin bacısı Elaheh AzadlıqRadiosu-na deyib ki, hakimiyyət onlara fəalın dekabrın 12-də Qum şəhərində xəstəxanada dünyasını dəyişdiyini bildirib.

O, qardaşının saxlanma şəraitinə etiraz olaraq aclıq etdiyini bildirib. Fəal həmçinin Qumdakı həbsxananın yüksək rejimli hissəsindən Tehranın Evin həbsxanasına köçürülməsini tələb edirdi.

Nasiri 2015-ci ilin sentyabrına həbs olunub və Ali dini lider Ayatollah Ali Xameneyini “təhqir etdiyinə” və “dövlət əleyhinə təbliğat”a görə səkkiz illik həbsə məhkum edilib.

Bu ittihamlar onun Facebook səhifəsindəki paylaşımlarından qaynaqlanıb.

Nasiri mayın əvvəlində iki il yarım həbs cəzası çəkəndən sonra buraxılıb, amma avqustda yenidən, deyilənlərə görə, oxşar ittihamlarla həbs olunub.

XS
SM
MD
LG