İranlı müstəntiqlər cümə axşamı bildirib ki, Tehran hava limanından qalxandan qısa müddət sonra qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsinin ekipaj üzvləri təyyarəni geri döndərməyə çalışıb, pilot isə radio ilə hər hansı problemin olduğuna dair məlumat verməyib.
İranın Mülki Aviasiya Təşkilatının ilkin hesabatında yerdə və təyyarənin yanından keçən bir digər təyyarədə olan şahidlərə istinadən bildirib ki, Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus təyyarə yerə düşməzdən öncə yanırdı.
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı bir gün öncə Kyiv istiqamətində hərəkət edən təyyarənin qəzaya uğraması nətivəsində həyatını itirən 167 sərnişin və 9 ekipaj üzvü üçün matəm günü elan edib.
Ukraynanın xarici işlər naziri Vadim Pristaiko deyib ki, ölənlər arasında 82 iranlı, 63 kanadalı, habelə ukraynalılar, isverçlilər, əfqanıstanlılar, almanlar və britaniyalılar var.
Ottavada Kanada parlamenti üzərindəki bayraq çərşənbə günü yarıya endirilib. Baş nazir Castin Trudo deyib ki, bütün ölkə son bir neçə ildə ilk dəfə olaraq bir gündə bu qədər vətəndaşının ölməsi ilə “şok vəziyyətində və kədərlidir”.
Trudo deyib ki, sərnişinlərin 138-i Kyivdən Torontoya uçmağı planlaşdırdı. Onların çoxu iranlı tələbələr idi. Onlar qış tətilini İranda ailələri ilə keçirəndən sonra Kanadada universitetlərinə geri döndürdü. Trudo qəzayla bağlı hərtərəfli istintaqın aparılması üzərində çalışacağına söz verib.
BMT-nin baş katibi Antonio Quterreş sözçüsü vasitəsilə qurbanların ailələri və onların gəldikləri ölkələrə başsağlığını çatdırıb.
ABŞ-ın dövlət katibi Mayk Pompeo da başsağlığı bəyanatı yayıb və deyib ki, Vaşinqton Ukraynanı “mümkün yardımla” təmin etməyə hazırdır. O deyib ki, ABŞ həmçinin qəzanın səbəbi ilə bağı “istintaqda əməkdaşlığa” çağırır.
Qara qutular tapılıb
İranlı təhqiqatçılar bildirib ki, Boeing 737 təyyarəsinin qara qutuları qəzanın baş verdiyi ərazidə tapılıb.
İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi ölkənin mülki aviasiya agentliyinin rəhbərinə istinadən bildirib ki, o, qara qutuların təhqiqat üçün hansı ölkəyə göndəriləcəyini bilmir, amma İranı onları təyyarənin istehsalçısı olan və ABŞ-da qərargahlanan Boeing-ə göndərməyəcək.