Accessibility links

İranlı vəkil 30 illik həbsə və şallaq cəzasına məhkum edilib


Əmir Salar Davudi
Əmir Salar Davudi

İranlı vəkil populyar Telegram sosial platformasında İslam Respiblikasında insan hüquqlarının pozulmarı hallarını işıqlandıran kanal yaratdığına görə 30 il həbs cəzası alıb.

Əmir Salar Davudi inqilab məhkəməsi tərəfindən “dövlət əleyhinə təbliğat” və “rəsmiləri təhqir etmək”də ittiham edilib və 111 dəfə şallaq cəzasına məhkum edilib.

Onun vəkili Vahid Fərahiniyə əsasən, Davudi həmçinin Amerikanın Səsinin fars dilində televiziya proqramına müsahibə verdikdən sonra “düşmən dövlətlə əlbir olmaqda” da ittiham edilib.

Aprel ayında qərargahı Nyu-Yorkda yerləşən İranda İnsan Hüquqları Mərkəzi ilə danışan Fərahani Davudinin “dövlət çevrilişi məqsədilə qrup təşkil etməkdə” ittiham edildiyi haqda xəbərdarlıq edib.

Arxiv fotosu - İranlı vəkil Nəsrin Sutudeh, 2013.
Arxiv fotosu - İranlı vəkil Nəsrin Sutudeh, 2013.

Davudinin özü də vəkil olan həyat yoldaşı Tannaz Kolaciyan Twitter sosial şəbəkəsində ona qarşı çıxalmış hökmün “ədalətli” olmadığını yazıb, lakin həyat yoldaşının apellyasiya müraciəti verməyəcəyini bildirib.

İslam Respublikasının Cinayət Məcəlləsində Telegram sosial platformasında kanalın açılmasına görə 15 illik icbari həbs cəzası nəzərdə tutula bilər.

Davudi bu kanalından ölkədə insan hüquqlarının pozulması hallarını göstərmək üçün istifadə edib.

Əmir Salar Davudi İranda hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar olaraq həbsə məhkum edilmiş üçüncü tanınmış vəkildir.

Tanınmış müdafiə vəkili Nəsrin Sutudeh məhkum olduğu 38 illik həbs cəzasını çəkir. Onun həbsə məhkum edilməsi beynəlxalq ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.

Müdafiə vəkili və vətəndaş hüquqları fəalı Məhəmməd Nəcəfi isə üç illik həbs cəzasını çəkir, lakin o, 19 ilə qədər həbs cəzası ilə qarşılaşa bilər.

XS
SM
MD
LG