Yeni bir oyun qaydaları? İran höküməti keçmişə nəzərən internet xidmətinin bloklanmasının əhatə dairəsini daha da genişləndirib.
Artıq bir neçə gündür ki, İran vətəndaşlarının internetə çıxışı yoxdur. Ölkədə artan benzin qiymətinə qarşı ümumxalq etirazına cavab olaraq, hökümət interneti büünlüklə bloklayıb. Müşahidəçilər bildirir ki, əvvəllər də məhdudlaşmaların baş verdiyi bu ölkədə internetin bloklanmasının əhatə dairəsi daha da genişlənib.
Şənbə günü axşamdan başlayaraq 80 milyonluq İran əhalisi ölkə boyunca internetin bloklanması problemi ilə üzləşib. Bu, hökümətin ölkədə benzinin qiymətinin bahalaşması ilə əlaqədar baş verən etirazlara cavabı idi. Günlər keçdikcə məhdudlaşdırma hələ də davam edir.
Müşhadəçilər bildirir ki bu, İranın əhatə dairəsinə görə ən geniş yayılmış internet məhdudlaşdırılmasıdır. Hazırda İran əhalisinin 10 fazidən az hissəsinin internetə çıxışı var. Əvvəlki məhdudlaşdırılmalar, eləcə də saytların blokanması zamanı insanlar bir-biri ilə və ölkə xarici ilə əlaqə yaratmağın yollarını tapa bilmişdi. Lakin artıq bu üsulların heç biri işləmir.
Siyasi təhlilçi Berhan Taye bildirir ki, "İnternetin bu dəfəki bloklanması üsulu nisbətən daha mürəkkəbdir. İnsanları məhdudlaşdırıcı vasitələrlə təmin etmək mümkün deyil... Və biz texniki olaraq belə bir şey görməmişdik. Bütün ölkənin beynəlxalq şəbəkəyə çıxışının bağlanması böyük narahatlıq doğurur."
İran internetin hökümət tərəfindən idarə olunan 1 provayder vasitəsi ilə ölkəyə yayılmasını təmin edən layihə üzərində işləyirdi. Bu layihə nəticəsində Tehran, ölkəboyu interneti bağlasa da maliyyə strukturları və xəstəxanalar da daxil olmaqla, bəzi qurumların internetə girişini olduğu kimi saxlaya bilir.
Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi Brayan Huk ABŞ-ın iranlılara kömək etməyə çalışdığını bildirib.
"Biz problem həll olunana qədər İnterneti bloklayan İran rejimindən yan keçib bir yol axtaran bəzi insanlara kömək etməyə çalışırıq. Düşünürük ki, bu kömək vasitəsi ilə onlar internetə çıxış əldə edərək, öz videolarını yayımlamağa davam edə biləcəklər."
Müşahidəçilər bildirir ki, İranın bu formada interneti bloklaması öz xaqlı və ətraf dünya ilə əlaqələri kəsməyə çalışan digər rejimlər üçün də nümunə ola bilər.