Accessibility links

İranlılar referenduma ehtiyacın olduğunu düşünürlər, amma onun detalları ilə bağlı fikir ayrılığı yaşayırlar


İran 1979-cu il İslam İnqilabını möhkəmləndirməsinə kömək edən referendumun 42-ci ildönümünü qeyd etdiyi bir vaxt ölkə daxilində və ölkədən kənarda dəyişikliyə təkan vermək üçün başqa bir referenduma ehtiyacın olduğuna dair müzakirələr aparılır, amma belə bir referendumu kimin və necə keçirməli olduğuna dair fikir ayrılıqları mövcuddur.

İranın ilk islamçı ali ruhani lideri Ayətullah Ruhullah Xomeyni 1979-cu ilin fevralında Şah Məhəmməd Rza Pəhləvidən hakimiyyəti əlinə keçirəndən sonra bir neçə ay içində xalqın ölkəni “İslam Respublikasına” qaytarılmasını dəstəkləyib-dəstəkləmədiyini öyrənmək üçün ümummilli referendumun keçirilməsinə göstəriş verib. Martın 30 və 31-də keçirilən səsvermədən sonra rəsmilər seçicilərin 98 faizinin bunu dəstəklədiyini bildirib və nəticələrin açıqlandığı 1 aprel günü “İslam Respublikası Günü” bayramı elan edib.

1979-cu ilin dekabr ayında keçirilən ikinci refendumdan sonra İranın yeni islamçı hakimiyyəti bənzər nəticələr elan edib və seçicilərin 99 faizinin onların hazırladıqları İslamçı konstitusiyanın lehinə səs verdiyini açıqlayıb.

Ötən həftənin cümə axşamı Amerikanın Səsinin fars xidmətində 1979-cu ilin mart referendumunun ildönümü üçün yayımlanan xüsusi televiziya proqramında bir neçə iranlı diaspor fəalları və ziyalılar Xomeini və onun tərəfdarlarının böyük qələbəni təmin etmək üçün səsverməni saxtalaşdırdıqlarına dair əhəmiyyətli dəlillərin olduğunu bildirib.

İranın İslam İnqilabından sonra ilk hökumətində nazir müavini vəzifəsində çalışan hazırda isə Vaşinqtonda qərargahlanan Mohsen Sazegara deyib ki, o zaman bir çox iranlı avtoritar islamçı teokratiyanın lehinə səs verdiyini bilmirdi. Sürgündəki İran Canlanması və ya Fəraşqard adlı müxalifət qrupunun Şimali Karolinada yaşayan üzvü Nəsim Bəhruz isə deyib ki, səsvermə azad şəkildə keçirilməyib. Referendumda çəkilən şəkillər bir çox seçicinin səslərini gizli verə bilmədiklərini və onların yerli rəsmilərin nəzarəti altında yaşıl rəngli “bəli” cavabını yazdıqları büllentenləri qutuya atdıqlarını göstərib.

Kanada Fars Araşdırmaları Mərkəzinin iranlı tədqiqatçısı Bəhmən Celdi deyib ki, səsvermə zamanı saxtalaşdırılmanın olduğuna dair çox sayda məlumatlar olub, belə ki, insanlar bir neçə dəfə səs verib və seçki qutularına topa bülletenlər atıblar. İranın Statistika mərkəzinin sabiq rəsmisi, hazırda Parisdə yaşayan Hüseyn Lacevərdi bildirib ki, 1979-cu ilin mart ayında keçirilən referendumda iddia olunan 20 milyon “bəli” cavabının sayı seçicilərin sayından 5 milyon çoxdur.

İran 1979-cu ildən bəri yalnız bir referendum keçirib. Bu da 1989-cu ilin iyul ayında Xomeininin ölümündən bir ay sonra aşağı səviyyəli şiə ruhanisi olan Əli Xameneini İranın yeni daha geniş səlahiyyətlətə sahib ali ruhanisi etmək üçün nəzərdə tutulan konsitutisyaya dəyişikliklərlə bağlı referendum idi. Referendumun rəsmi nəticələri konstitusiyaya dəyiyşikliklərə böyük dəstəyin olduğunu göstərib.

İran Prezidenti Həsən Ruhani 1979-cu ilin mart referendumunun ildönümündə kabinet üzvləri ilə televiziyada yayımlanan görüşündə deyib ki, konsitusiyaya 59-cu düzəlişdə də icazə veridlyi kimi bir başqa referendumun keçirilməsi İranın çətin problemlərinin həll etməsi üçün ən yaxşı yoldur. Ruhani iki dörd illik prezidentlik müddətini başa vurduqdan sonra bu il vəzifədən gedəcək. O prezidetliyi dövründə vəd etdiyi islahatları həyata keçirməyib, eyni zamanda Xameneinin son qərar vermə salahiyyətinə sahib olduğu çətin güc strukturunda işləyib.

Xamenei yaxınlarda refendumun keçirilməsinə razılıq verəcəyinə işarə etməyib.

Ruhaninin referendum təklifindən bir neçə gün öncə İranda qərargahlanan 103 dissinet Birləmiş Millətlər Təşkilatının baş katibi Antonio Quttereşə açıq məktub yollayaraq, onları Ruhaninin təklif etdiyindən fərqli bir referendumu dəstəkləməyə çağırıblar. Bu da hakimiyyətin İranın “dini kleptokrat höküməti və konstitusiyasından dünyəvi demokratik konstitusiyaya” keçidi dəstəkləyib-dəstəkləməməklə bağlı səsvermədir.

Məktubu imzalayanlar həmçinin deyib ki, Təhlükəsizlik Şurası bu cür referendumu “dəstəkləməli və ona nəzarət” etməlidir.

Məktubu imzalayanlardan biri və İranın Milli Cəbhəsi müxalifət qrupunun yüksək vəzifəli üzvü Tehranda qərargahlanan Koroş Zaim Amerikanın Səsinin fars xidmətinə bildirib ki, təklif olunan referendum BMT-nin nəzarəti altında dinlə hökumətin ayrılmasına əsaslanan yeni konstitusiya hazırlayacaq aralıq məclis üçün ümummilli seçkinin keçirilməsinə doğru ilk addım ola bilər.

Televiziya proqramından çıxış edən İran diasporunun tanınmış simaları həmçinin mümküm referendumun məzmununin nə olacağını və necə keçirilməli olduğunu şərh ediblər.

Devrilmiş şahın oğlu vəliəhd şahzadə Rıza Pəhləvi deyib ki, referendum demokratik, özünü dindən ayıran və azlıqların halqarını təmin edən hökumət sisteminə doğu aparmalıdır.

"Mən monarxiya və Respublika olmağından asılıq olmayaraq bu cür sistemin lehinə səs verəcəm,” Pəhləvi deyib.

Almaniyanın Hamburq şəhərində yaşayan iranlı dissident və Xomeinin tənqidçisi olan yüksək səviyyəli Ayətulla Məhəmməd Kazım Şəriətmədari deyib ki, referenfum iranlılara canlanmış konstitusiyalı monarxiya ilə sekulyar parlamentli respublika arasında seçim verməlidir.

İranın cənub-şərqində əksəriyyəti sünni olan bəluc etnik azlıqları təmsil edən Bəlucistan Milli Həmrəylik Partiyanın sürgündə olan lideri Həbibullah Sarbazi bildirib ki, gələcək siyasi sistem bəluc, kürd və başqa dini azlıqların haqlarını açıq şəkildə qorumalıdır.

Los Ancelesdə qərargahlanan iranlı amerikalı yəhudi fəal Corc Harunian deyib ki, gələcək İran demokratiyası bütün azlıqların, o cümlədən ölkənin islamçı idarəçiləri tərəfindən ikinci səviyyəli vətəndaş kimi rəftar görən yəhudilərin haqlarına hörmət bəsləməldiir.

Mən inanıram ki, azad İranda iranlı yəhudiləri ölkənin yenidən qurulmasında əsas rol oynayacaqlar,” o deyib.

Türkiyədə qərargahlanan LGBTQ fəalı Rəzvanə Məhəmmədi həmçinin hər hansı yeni siyasi sistem altında İranın LGBTQ icmasının haqlarına hörmət olunmasına çağırıb.

İranın inqilabdan sonra ilk prezidenti olan, hazırda isə Parisdə yaşayan Əbulhəsən Bani-Sədr deyib ki, səsvermə şəffaf, suallar isə aydın olmalıdır. 1979-cu ildə solçu İran Xalq Partizanları – Fədailər təşkilatının sözçüsü olan və hazırda Almaniyada qərargahlanan Mehdi Fatpur deyib ki, İranda seçicilərə məlumatlı qərar vermələrini təmin etmək məqsədilə referendumun məzmunu nəzərdən keçirmələri üçün kifayət qədər vaxt verilməlidir.

Vaşinqtonda qərargahlanan Atlantika Şurasının təhlilçisi iranlı amerikalı Sina Azodi xəbərdarlıq edib ki, referendum keçirmək İranda azadlıq və demokratiyanı təmin etmək üçün kifayət deyil.

"Biz 1979-un inqilabçılarının səhvlərini təkrarlamamalıyıq və təkcə hakim sistemi devirmək haqda düşünməliyik, çünki inqilablar qeyri-sabitlik və təhlükə gətirir," o deyib.

Amerikanın Səsinin fars xidmətinin verilişində iştirak edən şərhçilərin bəziləri Xameneinin hakimiyyəti altında keçirilən hər hansı referendumun bir çox iranlının gözündə legitim olacağına skeptisizmini ifadə edib.

Hökümətin hədə-qorxu taktikalarını nəzərə aldıqda azad və ədalətli referendum müxalif qruplar kifayət qədər gücə sahib olmayanadək, demək olar, mümkün deyil,” İranın müxalif İran Azaldıq Hərəkatı partiyasının liderinin Kaliforniyada qərargahlanan müavini və İranın inqilabdan sonrakı ilk baş naziri olan Mehdi Bazərganın oğlu Əbdüləli Bazərgan bildirir.

2019-cu iln avqustunda Xameneinin istefasına çağıran məktubu imzalayan 14 qadından biri, Məşəddə qərarganhalan iranlı dissident Fatimə Səpehri qeyd edib ki, Xameneinin hakimiyyəti altında keçirilən referendum ən azından bəzi seçicilərin boyko etməsinə gətirib çıxaracaq.

“Referendumda verilən hər bir səs son 42 ildir qadınlarln bütün hüquqlarına qarşı olan bu ədalətsiz sistemi dəstəkləməsi olacaq,” deyə, 2019-cu ildə məktubu imzaladığına görə həbs olunan və növbəti il sərbəst buraxılan Səpehri bildirib. “Mən bir qadın olaraq İslam Respublikasının keçirdiyi heç bir səsvermədə iştirak etməyəcəm,” o deyib.

XS
SM
MD
LG