Accessibility links

İranla sərhəddə bir sərhədçi yaralanıb


İyulun 27-də Azərbaycanın İranla sərhədində dövlət sərhədini pozmağa cəhd edən şəxslərlə sərhədçilər arasında atışma olub. Azərbaycanın bir sərhədçisi yaralanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin məlumatına görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında (Bakıdan 330 kilometr cənub-qərb) dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib. Sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

“Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir,” məlumatda qeyd edilir.

Mətbuat mərkəzi bildirir ki, sər­həd pozucuları geri, İrana qaçıblar.

“Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 350 qram olan 1 ədəd bağlamada 2 kiloqram 70 qram marixuana, 2 kiloqram 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam edilib. İranın sərhəd nümayəndəsi ilə gö­rüş keçirilib. Hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib,” məlumatda qeyd edilir.

Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

2018-ci ilin sonlarında və bu il ərzində iki ölkə sərhəd təhlükəsizliyi məslələrini dəfələlrə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, bu il İrala sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG