Accessibility links

İraqın ali ruhanisi böhrandan yeganə çıxış yolunu erkən seçkilərdə görür


İraqın ali şiə ruhanisi Ayətullah Əli əl-Sistani cümə günü bildirib ki, erkən seçki hazırkı iğtişaşlardan yeganə çıxış yoludur və tezliklə yeni hökumət qurulmalıdır.

İraq qüvvələri oktyabrın 1-də hökümət əleyhinə etirazlar başlananadan bəri 450-ə yaxın silahsız nümayişçini öldürüb. Toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin 10-dan çox üzvü həlak olub.

Əksəriyyəti gənclər olan etirazçılar dərin korrupsiyaya uğramış və əksər iraqlıları yoxsulluq içində saxlayan siyasi sistemin əsaslı dəyişilməsini tələb edirlər.

"Mövcud xaos və ya vətəndaş müharibəsinə yol aça biləcək böhrandan qaçmağın ən sürətli və ən dinc yolu ədalətli seçki qanunu qəbul etdikdən sonra erkən seçki keçirərək xalqın yanına qayıtmaqdır," Sistani deyib.

Parlament çərşənbə günü etirazçıların əsas tələbi olan yeni seçki qanununu qəbul edə bilməyib. Yeni seçki qanunu son illərdə səslərin saxtalaşdırması iddiaları ilə pozulduqdan sonra seçkilərin daha ədalətli olmasına xidmət edirdi.

"Ümid edirik ki, yeni hökumətin formalaşması uzun müddətə təxirə salınmır," Sistani şiələrin müqəddəs Kərbəla şəhərində cümə xütbəsində bir nümayəndə tərəfindən oxunan nitqində deyib.

Parlamentdəki müvəqqəti baş nazir seçimi də dalana dirənib. Bu isə millət vəkillərinin cümə axşamı keçən ay istefa vermiş, ancaq vəzifə səlahiyyətlərini icra edən Baş Nazir Adel Əbdül Mehdini əvəz etmək üçün konstitusiyada nəzərdə tutulmuş möhlətin buraxılmasına səbəb olub.

XS
SM
MD
LG