Accessibility links

İraq ABŞ-dan qoşunlarının çıxarılması barədə mexanizm hazırlanmasını istəyib


İraqın baş naziri Adel Əbdül-Mehdi ABŞ Dövlət Katibindən ABŞ əsgərlərinin İraqdan çıxarılması mexanizmini hazırlamaq tapşırığı ilə İraqa heyət göndərməyi tələb edib.

İraqın müvəqqəti baş nazirinin ofisindən edilən şərhdə tələbin cümə axşamı gecə Əbdül-Mehdi ilə ABŞ-ın Dövlət Katibi Mayk Pompeo arasında telefon danışığı zamanı irəli sürüldüyü bildirilir. Pompeonun İraq baş nazirinə zəng etdiyi deyilir.

ABŞ öz hərbi qüvvələrini İraqdan çıxarmağı planlaşdırmır.

İraqın baş naziri İran qüvvələrinin İraqdakı ABŞ qoşunlarına atdığı ballistik raketlər və Amerikanın ötən həftə iranlı generalın ölümünə səbəb olan hava hücumunun İraqın hava məkanını pozduğunu diqqətə çatdıraraq ölkəsinin suverenliyinə qarşı bütün pozuntuları rədd etdiyni bildirib.

"Baş Nazir Amerika qüvvələrinin İraqa girdiyini və pilotsuz təyyarələrin İraq səlahiyyətlilərinin icazəsi olmadan öz hava məkanında uçduğunu bildirib və bu, ikitərəfli müqavilələrin pozulması idi," Pompeo bildirib.

Baş Qərargah rəisi General Mark Milli və ABŞ müdafiə naziri Mark Esper də daxil olmaqla, Amerikanın yüksək səviyyəli hərbi rəsmiləri ABŞ-ın İraqdan çıxması üçün planlarının olmadığını söyləyib.

İraq millət vəkilləri ötən cümə günü İranın baş generalı Qasım Süleymani və İraq milis komandiri Əbu Mehdi Əl-Mühəndisin ölümünə səbəb olan hücumdan sonra ABŞ qoşunlarının ölkədən çıxması üçün məcburi olmayan qətnamə qəbul edib.

XS
SM
MD
LG