Accessibility links

İraqın baş naziri istefa verəcəyini deyir


Adil Əbdül Mehdi

İraqın baş naziri Adil Əbdül Mehdi cümə günü ölkənin ali şiə ruhanisi qanunvericiləri həftələrdir iğtişaşın davam etdiyi bir vaxt hökümətə dəstəklərini nəzərdən keçirməyə çağırandan sonra istefasını elan edib.

“Bu çağırışa cavab olaraq və bunu mümkün qədər asanlaşdırmaq üçün mən parlamentə hazırkı hökümətin rəhbərliyindən istefamı təqdim edəcəm” - deyə, Əbdül Mehdinin bəyanatında bildirilib.

Bəyanatda onun nə zaman istefa verəcəyi qeyd olunmayıb. Parlament bazar günü böhranı müzakirə etmək üçün fövqəladə sessiya keçirəcək.

Ali ruhani Əli əl-Sistani daha öncə də zorakılıqların qarşısını almaq üçün parlamenti Əbdül Mehdi hökümətinə dəstəyini geri çəkməyi nəzərdən keçirməyə çağırmışdı.

Bu arada isə təhlükəsizlik qüvvələri cənubda Nəsirriyə şəhərində zorakılıqlar davam edən vaxt azı üç nəfəri güllə ilə vuraraq öldürüb.

İraq qüvvələri oktyabrın 1-də hökümət əleyhinə etirazlar başlayanadan bəri 400-ə yaxın gənc silahsız nümayişçini öldürüb. Toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin ondan çox üzvü həlak olub.

İraqda iğtişaş
İraqda iğtişaş

Çərşənbə günü müqəddəs Nəcəf şəhərində İran konsulluğunun yandırılması nəticəsində zorakılıqlar artıb və təhlükəsizlik qüvvələri cümə axşamı 60-dan çox insanı öldürüb.

Bu, İraqda son illərdən baş verən ən böyük böhrandır. İğtişaş daha çox şiələrin yaşadığı Bağdad şəhəri və cənub bölgələrdə İranın kuklası olaraq görünən şiələrin çoxluq təşkil etdiyi hakim elitaya qarşı etiraz olaraq başlayıb.

İraqın hazırkı siyasi sinfi əsasən güclü şiə siyasətçilərdən, ruhanilərdən və yarı-hərbi dəstələrin liderlərindən ibarətdir. Onlar arasında 2003-cü ildə ABŞ-ın ölkədəyə hərbi müdaxiləsi nəticəsində sünni diktator Səddam Hüseyin devriləndən bəri sürgündə yaşayır.

Yalnız siyasi böhran yaşananda müdaxilə edən və ictimai rəy üzərində böyük təsirə malik Sistani cümə günü vətəndaş müharibəsi və tiraniyaya qarşı xəbərdarlıq edib. O, hökümət qüvvələtini etirazçıları öldürməyə son qoymağa və etirazçıları da zorakılıqları dayandırmağa çağırıb.

XS
SM
MD
LG