Accessibility links

İraq İŞİD üzərində qələbənin ildönümünü qeyd edir


İraq İŞİD üzərində qələbənin ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

İraqın İslam Dövləti üzərindən qələbəsinin birinci ildönümünü qeyd etdiyi bir vaxt terror qrupunun sabiq istehkamlarında hökumət qüvvələri ilə militantlar arasında gərginliklər artmaqdadır. Yerli əhali səhra və dağlarda gizlənən döyüşçülərdən qorxduqlarını və onların məzhəb gərginliyinə və iqtisadi bərabərsizliyə yol açan problemlərin aradan qaldırılmasının mümkün olmadığını bildirib.

Bu nəhəng Xəfsa adlanan çuxura on minlərlə İslam Dövlətinin qurbanlarının atıldığı inanılır. İslam Dövləti bu ərazidən çıxdıqdan sonra militantlar bu bölgədə çox sayda bomba səpələyiblər, və ona görə hakimiyyət yaxın günlərdə cəsədləri tapıb çıxarmağı planlaşdrımır.

“Bunlar hərbçilərin, dövlət işçilərinin və dinc əhalinin cəsədləridir. Bir çoxları burda öldürülüb, digərləri isə regionun başqa bölgələrində və Mosulda öldürülüb.”, Heather Murdock, VOA News.

Xəfsaya gedən yollar dinc əhali üçün qapalıdır, ancaq ətraf kəndlərdə yaşayanlar bombalardan qorxmadıqlarını söyləyirlər.

“Biz partlayışların harada olduğunu bildiyimiz üçün buralardan qorxmuruq. Amma biz militantların geri dönəcəklərindən narahatıq, buna görə də indi bizim silahımız var.”, İraqlı çoban.

İraq İslam Dövlətinin məğlub olunmasının birinci illiyini qeyd etdiyi dövrdə qruplaşma bir zamanlar nəzarət etdiyi şəhərləri yenidən almayıb.

Lakin zorakılıqlar davam edir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin verdiyi məlumata əsasən İslam Dövləti 2018-ci ildə aya təqribən 75 hücum həyata keçirib. Buraya keçən ay səkkiz nəfərin ölümü və 20-dən çox insanın yaralanmasına səbəb olan məşhur restoran yaxınlığındakı avtomobil partlayışı da daxildir.

Yerli əhali deyir ki, son zamanlar hücumlar İslam Dövlətinin vaxtikən İraqda de-fakto paytaxtı olmuş Mosulda təhlükəsizliyə artan inamı pozub.

“Onlar sadəcə restorana getmişdilər. İndi onlar ölüblər.”, hadisə şahidi Əli.

Təhlilçilər uzun müddətli sülhün yaradılmasına dair bəzi mühüm elementlərin hələ formalaşmadığını söyləyirlər. Bütün məhəllələr yerlə-yeksan olub, təriqətlərarası gərginlik artmaqdadır və İraqın böyük səhra əraziləri 2003-cü ildə ABŞ-ın diktator Səddam Hüseyni devirməsindən bəri bu və ya digər formada İraq hökumətinə hücum edən ekstremistlər üçün sığınacağa çevrilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG