Accessibility links

İraq Kürdüstanında türk diplomata qarşı sui-qəsd törədən şəxs həbs olunub


A member of the Iraqi Kurdish security stands guard outside the restaurant where a gunman opened fire in Irbil, the capital of northern Iraq's Kurdish autonomous region, July 17, 2019.
A member of the Iraqi Kurdish security stands guard outside the restaurant where a gunman opened fire in Irbil, the capital of northern Iraq's Kurdish autonomous region, July 17, 2019.

İraq Kürdüstanın təhlükəsizlik qüvvələri şənbə günü regionun paytaxtı Ərbildə türk diplomatı qətlə yetirən insanı həbs etdiklərini bildirib və şübhəli şəxsin Türkiyə parlamentindəki qanunvericinin qardaşı olduğuna inanır.

Kürdüstan regionu şənbə günü Ərbildə bir restoranda Türkiyə diplomatına qarşı sui-qəsd planlaşdıran insanı hücumdan bir həftə sonra həbs etdiyi elan edib. Bu barədə Asayiş daxili təhkükəsizlik xidmətinin yaydığı bəyanatda bildirilib.

Onlar şübhəli şəxsin adını açıqlamayıb lakin deyib ki, “məlumatlarda” onun bacısının Türkiyə parlamentində kürd qanunverici kimi xidmət göstərdiyinə “işarə edir”.

İraqda qətlə yetirilən Türkiyə diplomatının tabutu
İraqda qətlə yetirilən Türkiyə diplomatının tabutu

İraq Kürdüstanının bir digər təhlükəsizlik qüvvəsi olan Terror Əleyhinə Mübarizə Departamentinin ayrı hesabatında şübhəli şəxsin adının Mazlum Dağ olduğu deyilir.

Çərşənbə günü silahlı şəxsin restoranda açdığı atəş nəticəsində Türkiyə konsulunun müavini daxil olmaqla azı iki nəfər güllələnib. İki kürd təhlüksəizlik rəsmisinin və şahidin bildirdiyinə görə, silahlı şəxs başqa bir insanın sürdüyü maşında hadisə yerini tərk edib.

İraqın yarı-muxtar şimali kürd regionunda yerləşən Ərbildə siyasi zorakılıqlar nisbətən nadir hallarda baş verir.

Hücum Türkiyə İraqın şimalında kürd separatçı militantlara qarşı yeni hərbi hücum başladandan bir neçə həftə sonraya təsadüf edib.

Ankaranın İraqdakı əsas düşməni PKK qrupudur. PKK-nin Ərbilin şimalında dağlı sərhəd regionunda döyüşçüləri var.

Türkiyə və Ərbilin hakim kürd partiyası KDP İraqın şimalında bu ilin əvvəlində Türkiyənin hərbi düşərgəsinə hücum daxil olmaqla Türkiyə ilə bağlı digər insidentlərə görə PKK-nı günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG