Accessibility links

İraq məhkəməsi İŞİD-in 4 üzvünə ölüm hökmü çıxarıb


İraq məhkəməsinin bazar günü açıqladığı hökm qərarında İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinərək, İraq və Suriyada terror hücumları həyata keçirən 4 nəfərin dar ağacından asılmaqla edam ediləcəyi bildirilib.

Qərarda İraqın axtarış elan etdiyi həmin dörd şəxsin Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələri tərəfindıən ələ keçirildiyi deyilir.

Bağdadın Cinayət Məhkəməsinın qərarında deyilir ki, barələrində ölüm hökmü çıxarılan şəxslər İŞİD-ə qoşularaq, İraq və Suriyadakı mülki vətəndaşları hədəf alan hücumlar həyata keçirib, bölgədə sülhü və stabilliyi pozub.

Ədliyyə mənbələrindən məlum olub ki, barələrində ölüm hökmü çıxarılan şəxslərinin dördü də iraqlıdır.

Bu ilin fevral ayında İraq ordusu Suriya Demokratik Qüvvələrinin 280 nəfər iraqlı və xarici militantı ələ keçirərək, Bağdada təhvil verdiyini bildirmişdi.

2014-cü ildən bəri İslam Dövləti qrupunun tərkibində minlərlə xarici vətəndaş döyüşüb. Qrupun tərkibindəki qadınların çoxu da xaricdən gətirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG