Accessibility links

İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasına səs verib


İraq parlamenti İranın yüksək səviyyəli hərbi komandiri Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib.

“İraq parlamenti İraqda hərbi əməliyyatların sona çatması və qələbənin əldə edilməsi ilə əlaqədar olaraq İslam Dövləti ekstremist qrupu ilə mübarizə aparan beynəlxalq koalisiyanın yardımı haqda müraciətini geri çəkir”, deyə qanunvericilər yanvarın 5-də qəbul edilmiş qətnamədə bildiriblər.

İraq qanunvericiləri əlavə ediblər ki, baş nazir Adil Əbdül-Mehdi hökuməti “İraq torpağında hər hansı xarici qüvvənin mövcudluğuna son qoymaq və onların hər hansı bir səbəblə ölkənin ərazisi, hava və su hövzəsindən istifadə etməsini qadağan etmək istiqamətində iş görməlidir”.

Parlamentin qətnamələri hökumət üçün məcburi olmasa da, baş nazir Adil Əbdül-Mehdi bundan öncə parlamenti təcili tədbirlər görməyə və xarici qüvvələrin ölkədə mövcudluğuna ən tez zamanda son qoymağa çağırıb.

“Bizim qarşılaşa biləcəyimiz daxili və xarici çətinliklərə baxmayaraq, İraq üçün prinsipcə və praktik baxımdan ən yaxşısı budur” – deyə, baş nazir qanunvericilər qarşısında çıxışında bildirib.

XS
SM
MD
LG