Accessibility links

İraq təhlükəsizlik qüvvələri tərəfindən 5 etirazçı öldürülüb


İraq polisi və tibb işçilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda etirazlar zamanı nümayişçilərə atəş açması nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb. Bağdad və İraqın cənubundakı şəhərlərdə artıq həftələrdir etirazlar davam edir.

Etirazçılar gecə Bəsrə yaxınlığında yerləşən əsas liman şəhəri olan Umm Qəsrdəki üç körpüdə toplaşıb. Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün onlara güllə atıb və gözyaşardıcı qazdan istifadə edib.

50-dən çox insanın şəhərdə toqquşmalar zamanı güllə yarası aldığı bildirilir. Tibb işçilərinin verdiyi məlumata görə, yaralananlardan bəzisinin vəziyyəti ağırdır.

Etirazçılar təhlükəsizlik qüvvələrindən şəhərdə hökumət qüvvələri tərəfindən onların limana daxil olmasının qarşısını almaq üçün bloklanan yolları açmağı tələb edib.

Liman rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri cümə günü limanın girişini bloklayan və sonradan girişi yenidən açan etirazçıları dağıtmaq üçün güc tətbiq edib.

Umm Qəsr İraqın ən böyük ticaarət limanıdır və ölkəyə ərzaq mallarının əsas hissəsi buradan idxal edilir.

Paytxt Bağdadda və İraqın cənub şəhərlərində oktyabr ayının əvvəllərindən başlayan etirazlarda azı 330 nəfər öldürülüb. Ölüm hallarının çoxu təhlükəsizlik qüvvələrinin siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə qarşı etiraz edənlərə atəş açması nəticəsində baş verib.

Bu, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra ölkədə ən geniş etirazlardır.

XS
SM
MD
LG