Accessibility links

İraqda etirazlar davam edir: 50-ə yaxın insan ölüb


İraqda etiraz

Polis və xəstəxana mənbələrinin şənbə günü verdiyi məlumata görə, İraq boyu hökümət əleyhinə etirazlar zamanı 50-yə yaxın insan ölüb.

Bu ay etirazlzar zamanı ölənlərin sayı isə artıq 2015-ə çatıb. Buna son iki gündə hökümət binalarını və ya Haşed əl-Şaabi qüvvələrinin franskiyasına mənsub ofislərini yandıran zaman onlarla insan daxildir.

Nümayişlər ilk oktyabrın 1-də etirazçıların hökümətdə korrupsiya halları və işçsizlik əleyhinə etiraz etməsi ilə başlayıb. Etirazların ikinci dalğası isə cümə axşamı başlayıb.

Bu dəfəki nümayişlər daha zorakı keçib və üç saat ərzində 48 nəfər öldürülüb.

Şənbə günü üç etirazçı paytaxt Bağdadda öldürülsə də, qurbanların çoxu şiələrin çoxluq təşkil etdiyi cənub bölgələrdə həyatını itirib.

Qarşıdurma cümə günü ölkə boyu 52 nəfərin ölümü ilə nəticələnən etirazlardan bir gün sonraya təsadüf edib.

Polisin verdiyi məlumata görə, bir qrup etirazçı Nəsriyyənin mərkəzində minlərlə etirazçıdan ayrılaraq yerli rəsminin evinə reyd edib. Mühafizəçilər isə onlara atəş açıb.

İraqda etirazlar
İraqda etirazlar

Bağdadda təhlükəsizlik qüvvələri Təhrir Meydanında nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yaralanan 26 nəfərdən 5-in vəziyyəti kritikdir.

İraq ordusu və Daxili İşlər Nazirliyi şənbə günü etirazçılara qarşı daha sərt olmağı planlaşdırdıqlarına dair bəyanat yayıblar.

Təhlükəsizlik qüvvələri cümə günü sadəcə paytaxtın Yaşıl Zonasına yaxınlaşan üsyançılara qarşı qaz balonlarından istifadə etsə də, şənbə günü Təhrir Meydanında toplaşan hər kəsə qarşı istifadə edib.

Yaşıl Zona Bağdadın mərkəzində illərdir ictimaiyyətə bağlı hökümət zonasıdır.

Reuters müxbirin sözlərinə görə, insanlara hər 15 dəqiqədən bir qaz balonları atılıb.

Cümə günü ölənlərin çoxu etirazçılar olub və əksəriyyəti ölkənin cənubunda ölüb. Bağdadda səkkiz nəfər öldürülüb, onların çoxuna təhlükəsizlik qüvvələrinin atdığı qaz balonları tuş gəlib.

Etirazçılar şənbə daha hazırlıqlı olub. Bələ ki, onlar gözyaşardıcı qazdan qorunmaq üçün maskalar paylayıb. Digərləri isə pulsuz yemək və su paylayıb.

Şərhlərə bax

XS
SM
MD
LG