Accessibility links

İraqda hökumət əleyhinə etirazlar başlayandan bəri azı 460 nəfər ölüb


İraqda etiraz
İraqda etiraz

İraqda hökumət əleyhinə etirazlar çərşənbə günü də davam edib. Nümayişçilər baş nazirliyə yeni namizədə etiraz edərək, tanınmış fəalın ölümünə matəm verib.

Məşhur ictimai fəal Taer əl-Tayeb avtomobili dekabrın 15-də müəmmalı bir şəkildə partlayandan bir neçə gün sonra ölüb. Ölüm xəbəri yayılandan sonra etirazçılar cənubda yerləşən Divaniyə şəhərində nümayiş keçirib. Bu nümayişdə etirazçılar şəhərdə İranın dəstəklədiyi bəzi siyasi partiyaların ofislərinə hücum edib.

Bu həftə parlamentin etirazçıların tələblərinə uyğun olaraq, seçki dairələrində keçirilən səsvermədə ən çox səs alan namizədin qalib olmasını təmin edən sistemin tətbiqinə gətirib çıxaracaq seçki islahatı qanununu təsdiqləməsinin ardınca etirazçılar qələbələrini qeyd ediblər. Lakin müxalifətdə olanların çoxu deyir ki, hələ görüləsi çox iş var.

Paytaxt Bağdad və şiələrin əksəriyyət təşkil etdiyi cənubda oktyabr ayından bəri korrupsiyaya, zəif xidmətlərə və iş yerlərinin azlığına qarşı etirazlar davam edir.

Nümayişlər başlayandan bəri azı 460 nəfər ölüb, on minlərlə insan yaralanıb.

XS
SM
MD
LG