Accessibility links

İraqda iğtişaşlar davam edir, azı 21 nəfər ölüb


Polis və səhiyyə mənbələrindən alınan məlumata görə, cümə günü İraq təhlükəsizlik qüvvələri Bağdadda korrupsiya və iqtisadi böhrana etiraz edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı azı 21 nəfər ölüb.

Böyük neft sərvətlərinə baxmayaraq, bu OPEC üzvü ölkənin bir çox sakini yoxsulluq içində yaşayır.

Oktyabrın 1-də Bağdadda işsizlik, korrupsiya və dövlət xidmətlərinin keyfiyyətsizliyinə etiraz olaraq başlayan kiçik aksiyalar sonradan genişlənərək ölkənin cənub şəhərlərinə də yayılıb. Aksiyaların çoxu iğtişaşlara nəticələnib.

Bu iğtişaşlar bir il əvvəl vəzifəyə gələn baş nazir Adil Əbdül Mehdi üçün böyük problemlərə səbəb olub.

Ümidverici islahatlara və geniş kabinet dəyişikliyinə baxmayaraq, baş nazir indiyə qədər etirazçıların davam edən narazılıqlarını təmin etmək üçün mübarizə aparır.

Böyük neft sərvətlərinə baxmayaraq, bu OPEC üzvü ölkənin bir çox sakini yoxsulluq içində yaşayır.

İllərlə davam edən münaqişə və iqtisadi böhrandan qurtarmağa çalışan ölkədə üçün təmiz su, elektrik enerjisi, əsas səhiyyə xidmətləri çox aşağı səviyyədədir və təhsil almaq imkanları məhduddur.

Cümə axşamı gücə etdiyi çıxışı zamanı Adil Əbdül Mehdi hökumətin çöküşünün İraqda daha böyük xaosa səbəb olacağını deyib.

Cümə günü keçiriləcək nümayişlərlə hökumətin necə ayaqlaşacağı ölkədə sabitliyin perspektivlərinin litmus testi ola bilər.

XS
SM
MD
LG