Accessibility links

İraqda İŞİD üzərində əldə olunan qələbədən bir il sonra sabitlik hələ də bərpa olunmayıb


İraqda İŞİD üzərində əldə olunan qələbədən bir il sonra sabitlik hələ də bərpa olunmayıb
please wait

No media source currently available

0:00 0:02:15 0:00

İraq ordusu ölkənin bəzi hissələrini ələ keçirən İslam Dövləti qrupu militantlarına qarşı qələbəsini elan etdiyindən bir il sonra onların nəzarəti altında olan bir çox ərazi hələ də dağılmış vəziyyətdədir. Bu ərazilərdən biri Mosul şəhəridir və sakinlər deyir ki, şəhər yenidən bərpa olunanadək, sabitlik bərqərar olmayacaq.

Bu kişi bizi dağılmış evinə doğru aparıb, üç oğlunun burada necə öldüyünü söyləyir.

Bizim büdcə Bağdaddan gəlir. Biz əyalət üçün bütün maddi tələbləri təqdim etmişik və elektrik, su, kanalizasiya və digər kommunal xidmətlər kimi ehtiyacları tək-tək qeyd etmişik. Lakin heç vaxt lazım olan maddi yardımı almamışıq.
Zuhair Möhsen Əl-Araci

İslam Dövləti qrupunun militantı ötən il onun evini işğal edib, daha sonra isə ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumları onu hədəf alıb. Hava hücumu nəticəsində militantla birlikdə kişinin oğulları da ölüb. İndi isə onun geridə qalan uşaqları üçün evini bərpa etməyə imkanı çatmır.

“Onlar bizə bir dinar belə vermədi. Nə yardım təşkilatı nə hökümət nə başqa bir yer. Mən burada üç övladımı itirmişəm” – deyə o bildirib.

Döyüşlər azalanandan bəri bir zamanlar İŞİD-in nəzarət etdiyi regionların bəzi hissələri yenidən bərpa olunub. Bərpa işləri beynəlxalq təşkilatlar, hökümət, yerli yardım qrupları, özəl donorlar və dağılmış evlər və biznesləri təmir etmək imkanlarına sahib yerli sakinlərin səyləri nəticəsində baş verib.

Lakin Mosulun Köhnə Şəhəri və region boyu tamamilə dağılmış bunun kimi evlərdə yaşayan insanlar çox vaxt evlərini özləri bərpa etməli olur.

Mosul rəsmiləri deyir ki, mərkəzi hökümətdən maddi yardım çatışmazlığı xəstəxanalar, körpülər və digər nəhəng infrastruktur layihələrini bərpa etmək səylərinə maneə törədir.

“Bizim büdcə Bağdaddan gəlir. Biz əyalət üçün bütün maddi tələbləri təqdim etmişik və elektrik, su, kanalizasiya və digər kommunal xidmətlər kimi ehtiyacları tək-tək qeyd etmişik. Lakin heç vaxt lazım olan maddi yardımı almamışıq” – deyə, Mosulun meri Zuhair Möhsen Əl-Araci bildirib.

Mosul
Mosul

Bu regionda bərpa işləri çox kəskin dərəcədə yavaş gedir və hətta cəsədlər öldükləri yerlərdə çürüməyə davam edir.

Yerlilər deyir ki, ekstremist qruplar burada insanlar özlərini mərkəzi hökümət və beynəlxalq ictimaiyyət tərəfindən atılmış hiss etdiyi zaman məskunlaşıb.

Ölkə boyu ölümcül hücumlar davam etdiyi bir vaxt, məyusluqla birlikdə ölkədə genişmiqyaslı zorakılıqların bərpa olunacağına dair qorxular da artır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG