Accessibility links

İraqda İran tərəfdarı yarı-hərbi dəstənin komandiri ABŞ qüvvələrinə qarşı hücumla hədələyir


İraqda özünü İran tərəfdarı adlandıran “müqavimət” qüvvələrinin komandiri ABŞ ölkədən çıxmadığı təqdirdə ABŞ qüvvələrinə qarşı daha çox hücum etməklə hədələyib.

Komandir Qais əl Xəzəlinin təhdidi gecə yarısı Kürdüstanda ABŞ qüvvələrini hədəf alan dron hücumu ilə eyni vaxta təsadüf edib.

ABŞ koalisiyasının İraqdakı sözçüsü şənbə günü yaydığı bəyanatda Qiyyara bazasında ABŞ qüvvələrinə dron hücumunun olduğunu təsdiq edib və heç bir tələfatın olmadığını bildirib.

ABŞ qüvvələrinə daha çox hücum etməyi vəd etməklə yanaşı, Xəzəli deyib ki, ABŞ müxalif qüvvələrə hücum etsə, onlara cavab verəcəklər.

Ərəb mediası bildirib ki, İranın kəşfiyyat idarəsinin başçısı son 10 gündə Bağdada bir neçə dəfə səfər edib. Amerikanın Səsi bu məlumatı təsdiq edə biməyib.

Vaşintonda qərargahlanan Yaxın Şərq üzrə təhlilçi Pol Sallivan Amerikanın Səsinə bildirib ki, Xəzəlinin bəyanatı kimi bəyanatlar qələbə bəyanıdır, bu da ABŞ Əfqanıstandan geri çəkildiyi bir vaxt Talibanın zəfər çağırışlarına bənzəyir.

“Hər bir ekstremist qrup ABŞ-ın qoşunlarını çıxarması ilə əlaqədar özünü qalib elane tmək itəyir və onlar “kişilik” göstərişi olaraq sinələrini qabardırlar. Amma onlar özlərinin xalqlarının keçdikləri əzablara necə səbəb olduqlarını heç söyləmirlər. Həqiqi liderlər xalqlarının qayğısına qalırlar,” Sallivan deyib.

ABŞ-İraq münasibətləri

İraqın Xarici işlər naziri Fuad Hüsseyn və ABŞ-ın Dövlət katibi Antoni Blinken cümə günü iki ölkə arasında yaxın əməkdaşlığın detallarını açıqlayıblar.

Vaşinqtonda səfərdə olan Hüsseyn Blinkenlə mətbuat konfransı zamanı jurnalistlərə bildirib ki, onun ölkəsinin terrora qarşı mübarizə aparmaq üçün ABŞ-ın dəstəklədiyi koalisiyaya ehtiyacı var.

Lakin İraq mediası bildirib ki, ölkənin milli təhlükəsizlik müşaviri Qassım Əl Araci görüş çərçivəsində jurnalistlərə deyib ki, Bağdadın “ölkədə artıq ABŞ qüvvələrinə ehtiyacı yoxdur.”

Blinken Hüsseyn ilə görüşü zamanı jurnalistlərə deyib ki, “əlbəttə ki, ABŞ və İraq İslam Dövləti qrupuna qarşı mübarizədə yaxın partnyordurlar və biz İŞİD-I məbluğ etmək və məbluğ qalmasını təmin etmək üçün birlikdə etdiklərimizə görə qürur duyuruq… amma ABŞ-la İraq arasındakı əməkdaşlıq İŞİD-ə qarşı ortaq mübarizədən daha geniş və dərindir.”

İraqın Baş naziri Mustafa Xadiminin bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşməsi planlaşdırılıb və onların iki ölkə arasında bir sıra razılıqları elan edəcəkləri gözlənilir.

Ərəb mediası ABŞ-ın Bağdada 155 milyon yollar yardım etməyi və arxeologiya, təhsil və COVID-19-a qarşı mübarizə ilə bağlı bir sıra layihələri müzakirə etməyi planlaşdırdığını bildirib.

İraqlı təhlilçi Nəcm Xusab dövlət televiziyasına bildirib ki, o, Xadimi və Bayden razılıqları imzalayandan sonra bir müddət sakitliyin olacağını gözləyir.

O deyib ki, Bayden administrasiyası bir öncəki administrasiyadan fərqlənir. Belə ki, onlar İraq şəhərlərində qalmaq istəmir, yalnız Anbar vilayətindəki Əin ƏI-Əsəd və Kürdistandakı Qiyyara hava bazalarında qalmaq istəyir. O iddia edir ki, bu inu göstərir ki, de-eskalasiya yaxındır.

Belə görünür ki, hazırda İraqda siyasi ritorika oktyabrda keçiriləcək parlament seçkilərinə yönəlib.

XS
SM
MD
LG