Accessibility links

İraqda koalisiya qüvvələrinin yerləşdiyi bazaya raket hücumu olub


Katyuşa raketləri olə dolu yük maşını

Təhkükəsizlik rəsmiləri bildirir ki, İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin yerləşdiyi bazaya yeni raket hücumu olub.

Nəticədə ölənlərin olub-olmadığı dərhal bəlli olmayıb.

İraqlı polkovnik Reuters-ə bildirib ki, bazaya azı 10 raket atılıb.

Şənbə günü Taci Düşərgəsinə gündüz vaxtı edilən qeyri-adi hücum bazaya iki amerikalı əsgərin və bir britaniyalı tibb işçisinin ölümü, eləcə də azı 14 nəfərin xəsarət alması ilə nəticələnən bənzər hücumdan bir neçə gün sonraya təsadüf edib.

Taciyə çərşənbə günü edilən hücumdan sonra ABŞ cavab tədbiri olaraq İraqda İranın dəstəklədiyi Xətaib Hizbullah qrupunun beş silah anbarına hücumlar həyata keçirib.

Pentaqon bildirib ki, Taciyə hücumda istifadə edilən raketlər həmin silah anbarlarının bəzilərində saxlanılıb.

XS
SM
MD
LG