Accessibility links

İraqda raket hücumu nəticəsində koalisiyanın kontraktoru öldürülüb


Koalisiya və İraq rəsmilərinin verdiyi məlumata görə, bazar ertəsi günü İraqın şimalında baş verən raket hücumu nəticəsində ABŞ başçılıq etdiyi koalisiyanın bir kontraktoru öldürülüb və ən azı altı nəfər yaralanıb.

Koalisiyanın sözçüsü, ABŞ Ordusunun polkovniki Veyn Marotto çərşənbə axşamı ümumilikdə 14 raket atıldığını və onlardan üçünün Ərbil hava limanının yaxınlığında ABŞ əsgərlərinin yerləşdiyi hava bazasını vurduğunu bildirib.

Marotto öldürülən kontraktorun amerikalı olmadığını və yaralananların arasında səkkiz mülki kontraktor və bir ABŞ əsgərinin olduğunu qeyd edib.

Hücuma görə məsuliyyəti Saraya Avliya Əl-Dam adlı az tanınan qruplaşma öz üzərinə götürüb.

"Biz İraq Kürdüstan bölgəsində bugünkü raket hücumundan hiddətlənmişik. Bu hücumda öldürülən mülki kontraktorun yaxınlarına və bu amansız zorakılığa məruz qalan günahsız İraq xalqına və onların ailələrinə başsağlığı veririk. Mən insidenti müzakirə etmək və hadisəni araşdırmaq və məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün göstərilən səylərə dəstəyimizi bildirmək üçün üçün Kürdüstan Regional Rəhbərliyinin Baş Naziri Məsrur Bərzani ilə əlaqə saxlamışam” - deyə, ABŞ Dövlət Katibi Entoni Blinken bazar ertəsi açıqladığı bəyanatda qeyd edib.

Barzani Twitter sosial şəbəkəsində Blinken ilə “bu qorxaq hücum haqda” danışdığını və hər iki tərəfin “istintaqı koordinasiya edəcəyini” bildirib.

İraqda düşmən əməliyyatları səbəbindən koalisiya üzvləri arasında sonuncu dəfə ölüm halı təxminən bir il əvvəl Bağdadın şimalında bazaya raket hücumu zamanı iki ABŞ hərbçisi və bir Britaniya əsgərinin öldürüldüyü vaxt baş vermişdi. Bir tərəfdə İrana tərəfdən dəstəklənən hərbi dəstələr, digər tərəfdə isə ABŞ qüvvələri və onların iraqlı və kürd müttəfiqləri arasında gərginlik artmışdı.

İraq prezidenti Barham Saleh Twitter səhifəsində hücumun "təhlükəli bir eskalasiya və cinayətkar terror aktı" olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının İraq üzrə Yardım Missiyasının rəhbəri Canin Hennis-Plassçart bu cür "iyrənc və ehtiyatsız hərəkətlərin sabitliyə ciddi təhlükə yaratdığını" deyib.

"İraq kənar rəqabətlərdən qorunmalıdır. Günahkarları ədalət mühakiməsinə çıxarmaq üçün təmkinə və Bağdad və Ərbil arasında yaxın əməkdaşlığa çağırırıq" - deyə, o qeyd edib.

Saraya Avliya Əl-Damsaid qrupu bazanı İraqda "Amerika işğalı" səbəbi ilə hədəf aldığını bildirib.

XS
SM
MD
LG