Accessibility links

Pentaqon: İran ABŞ qüvvələrinə raket atıb


Arxiv fotosu: Əl-Əsəd hava bazası, Ənbar vilayəti. İraq, 29 dekabr, 2019.

"Vaşinqton vaxtı ilə 17:30 radələrində İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə 10-dan çox raket atıb. Aydındır ki, bu raketlər İrandan atılıb və Əl-Əsəddə və İrbildə ABŞ hərbçilərini qərargahlandıran azı iki İraq hərbi bazasını hədəf alıb."

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Conatan Hoffman açıqlama verib.

"Biz döyüşdən dəyən ziyanı araşdırmaq üzərində çalışırıq," o əlavə edib.

İranın İslam Qvardiyası Korpusu İraqda ABŞ əsgərlərini qərargahlandıran bazalara uğurulu raket hücumu edildiyi barədə bəyanat yayıb. İranlılar raket hucumlarını elitar Qüds Qüvvəsinin komandanı Qasım Süleymaninin "şəhid edilməsinə görə intiqam" kimi təsvir edib.

Gecə saatlarında vitse prezident və hərbi liderlərlə görüşən və az sonra xalqa televiziya ilə müraciət planını təxirə salan ABŞ Prezidenti Donald Tramp "hər şeyin qaydasında" olduğunu vurğulayıb.

"Hər şey qaydasındadır. İrandan İraqın iki hərbi bazasına raket hücumu edildi. İtki və xəsarətlə bağlı dəyərləndirmə aparılır. Hələ ki, hər şey qaydasındadır. Dünyanın ən güclü və ən yaxşı təchiz olunmuş ordusuna sahibik! Sabah səhər açıqlama verəcəyəm," o, Twitterdə yazıb.

ABŞ qüvvələrinin yerləşdirildiyi İraqdakı əl-Əsəd hava bazası ən intensiv raket hücumlarına məruz qalıb

"Oyun dəyişib," hərbi mənbə deyib. O, əlavə edib ki, ABŞ öz qüvvələrinə qarşı hücumları dayandırmaq üçün "önləyici" zərbələr endirməyə hazırdır.

Raket və gülləbaran insidentləri İraqda tez-tez baş verən haldır. Adətən İraqda qərargahlanan iranpərəst militantlar bu tatikadan istifadə edir.

Əl-Əsəd bazası bir vaxtlar sünni qiyamçıların istehkamı sayılan Ənbar vilayətində yerləşir. Buradakı Falluca və Ramadi şəhərləri bir vaxtlar İŞİD-in nəzarəti altında olub.

İran dövlət televiziyası Tehranın hava bazasına yer-yer tipli raketlər atdığını deyib.

ABŞ rəsmiləri CNN və FoxNews telekanallarına ABŞ qüvvələri arasında itki olmadığını bildiriblər.

Pentaqon əlavə edib: "Bu günlərdə və İrandan qaynaqlanan hədələrə və əməllərə cavab olaraq Müdafiə Departamenti heyətimizi və tərəfdaşlarımızı qorumaq üçün bütün lazımi ölçüləri götürüb. İran rejiminin bizim qüvvələrə və maraqlara hücumlar planlaşdırdığına görə bu bazalar sayıqlığı artırıb. Biz situasiyanı və öz cavabımızı nəzərdən keçirdikcə, regiondakı ABŞ heyətini, tərəfdaşlarımızı və müttəfiqlərimizi qoruyacağıq."

ABŞ qüvvələrinin öldürdüyü General Qasım Süleymani dəfn olunur. Kirman, İran. 7 yanvar, 2020.
ABŞ qüvvələrinin öldürdüyü General Qasım Süleymani dəfn olunur. Kirman, İran. 7 yanvar, 2020.

İran hökuməti ötən cümə günü ABŞ hava zərbəsi ilə öldürülmüş Qüds korpusunun komandanı Qasım Süleymaninin qisasını alacağını bəyan etmişdi.

Bağdad aeroportunda Süleymanini hədəf alan ABŞ qüvvələri İranın əsas hərbi və siyasi fiquru sayılan şəxsin ABŞ-a qarşı qəsdlər planlaşdırdığını bildirmişdi.

XS
SM
MD
LG