Accessibility links

İraqlılar hökumət əleyhinə nümayişlərə dəstək olaraq yolları bağlayır


İraqlı etirazçılar bazar günü bir həftə davam edən kütləvi nümayişlərdən sonra hökumətin istefasına təzyiq göstərmək üçün Bağdada gedən yolları bağlayıblar.

Etirazçılar yollardan birində təkərlər və tikanlı məftillərdən ibarət barrikada yaradaraq, “yollar xalqın tələbi ilə bağlanıb” plakatı qaldırıb. Onlar belə görünür, bu taktikanı hökumət əleyhinə oktyabrın 17-dən başlayaraq oxşar nümayişlərin keçiridiyi və etirazçıların yolları bağlığı Livandan götürüb.

Son günlər on minlərlə etirazçı 2003-cü ildə ABŞ-ın müdaxiləsindən sonra qurulmuş siyasi sistemin əsaslı şəkildə nəzərdən keçirilməsinə çağıraraq, Bağdadın Təhrir meydanında və İraqın cənub bölgələrində nümayişlər keçirib.

Minlərlə tələbə siyasi elitanı geniş yayılmış korrupsya, yüksək işsizlik səviyyəsi və ictimai xidmətlərin yararsız vəziyyətinə görə ittiham edərək, dərslərə getməyib nümayişlərə qatılıb.

Bağdadın Təhrir meydanında etiraz nümayişi
Bağdadın Təhrir meydanında etiraz nümayişi

Təhlükəsizlik qüvvələri oktyabrın əvvəllərindən başlayan nümayişlər zamanı etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllələr və döyüş patronlarından istifadə edərək, 250 nəfəri öldürüb. Qısa fasilədən sonra oktyabrın 25-də nümayişlərin yenidən vüsət almasından bəri Bağdadın Təhrir meydanından hökumət binalarının yerləşdiyi və güclü mühafizə olunan Yaşıl Zonaya gedən iki körpüdə təhlükəsizlik qüvvələri ilə minlərlə etirazçı arasında qarşıdurmalar olub.

İraqın İnsan Hüquqları üzrə Ali Komissarı, nümayişlərdə iştirak edən hüquq müdafiəçisi və həkim Siba Əl-Məhdavi şənbə günü naməlum qrup tərəfindən oğurlanıb. Qurum hökuməti və təhlükəsizlik qüvvələrini onun harada olduğu barədə məlumatı açıqlamağa çağırıb. Əl-Məhdavi nümayişçilərə tibbi yardım göstərən bir neçə könüllü həkimdən biri idi.

İraqın Baş Naziri Adel Əbdül-Məhdi şənbə günü təhlükəsizlik qüvvələrinin yüksək səviyyəli nümayəndələri ilə görüşərək, sülhün saxlanılması və nümayişçilərin təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Prezident Bəhram Salih keçən həftə siyasi liderlərin onun əvəz edilməsi məsələsində razılığa gəldiyi halda Əbdül-Mehdinin istefa verməyə razı olduğunu deyib. O həmçinin yeni seçki qanunun hazırlanmasına çağırıb və onun qəbul edildiyi təqdirdə erkən seçkilərin keçirilməsini təsdiq edəcəyini bildirib. Salih bazar günü həmkarlar ittifaqları təşkilatlarının rəhbərləri ilə görüşdə yeni seçki qanununun bu həftə parlamentə təqdim ediləcəyini deyib.

Şərhlərə bax

XS
SM
MD
LG