Accessibility links

İrqi azlıqlar COVID-19-un qeyri-proporsional təsirinə məruz qalır


İrqi azlıqlar COVID-19-un qeyri-proporsional təsirinə məruz qalır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

İrqi azlıqlar COVID-19-un qeyri-proporsional təsirinə məruz qalır

ABŞ-ın aparıcı həkimləri Tramp administrasiyasının koronavirusdan ölənlərin məlumat bazasının haızrlanmasını istəyib. Məlumat bazası virusun əsas hədəfinin Afrika mənşəli amerikalılar olduğunu göstərib.

Belə bir misal gəzir ki, ağlara soyuq dəydikdə, qaradərililəri sətəlcəm tutur. Bu, koronavirus dövründə olduğu kimi heç vaxt həqiqətə belə uyğun olmayıb.

"Bir neçə ştatın məlumat bazasında afro-amerikalıların xəstəxanaya yerləşdirilməsi və onlar arasında ölüm hallarının daha yüksək olduğu bildirilir," Virciniya Universitetinin alimi Tison Bell bildirir.

Luizianada əhalinin üçdə birini qaradərililər təşkil edir. Bu ştatda ölənlərin 70 faizinin onlar olduğu qeyd edilir. Digər ştatların da göstəriciləri buna bərabərdir.

Nyu-York şəhər xəstəxanasında yatanların 29 faizi ispandillilərdir. COVID-19-dan ölənlərin 34 faizini ispandillilər təşkil edir.

Afro-amerikalılar, ispandillilər və digər azlıqlar ağlarla müqayisədə daha az gəlir əldə edir. Onların çoxu çalışdıqları işlərdən sığorta ilə təmin edilmir.

"Biz qaraların daha çox yüksək qan təzyiqi və ürək xəstəlikləri olduğunu bilirik. Həm ispandillilər, həm də qaralarda ağır astmalara daha çox rast gəlinir. Biz onu da bilirik ki, irqi azlıqlar arasında diabet də çox yayılıb. Ağlarla müqayisədə bu xəstəliklər onlarda iki dəfə çoxdur. Burada 3 risk faktoru var," Milli Səhiyyə İnstitutundan doktor Eliseo Perez- Stable bildirib.

Sosial distansiya xəstəlikdən qorunmağa yardım etsə də, azgəlirlilərin buna imkanı yoxdur.

"3 uşaqlı tək anaya necə deyərsiniz ki, xəstələnə bilərsiniz. Deyək ki, onlar tibb bacısı yardımçısıdır. Özünü təcrid edə bilməzsən. Uşaqlara baxmalısan. 3 otaqlı bir mənzildə 8 adamın yaşadığı bir şəraitdə," doktor əlavə edib.

Virusla mübarizə üçün orqanizm möhkəm olmalıdır. Xəstəliyə yoluxmaq zərbə almaq deməkdir.

"Əgər vücud zəifdirsə, bu zərbəyə dözmək çətindir. Əgər immun sistemini zəiflədən diabetiniz varsa, xəstəliyə yoluxmanın ciddi ağırlaşmaları ola bilər. Əgər ürəyiniz xəstədirsə, ürəyinizi daha çox qan və qida ilə təmin etməlisiniz. Bir infeksiya varsa, bunu edə bilmirsinizsə, deməli, daha pis nəticələrlə üzləşəcəksiniz," Tison Bell bildirib.

Məlumat bazası hazırlanmalı, siyasətlər dəyişdirilməlidir. Lakin həkimlər dəyişiklikləri tez bir zamanda gözləmir.

XS
SM
MD
LG