Accessibility links

İsa Qəmbər: Azərbaycanın müstəqilliyinə təhdidlərin əsas ünvanı eynidir - Moskvadır, Rusiyadır


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər

Müsavat Partiyasının keçmiş başqanının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinin hazırda aktuallığından danışıb.

Amerikanın Səsi: 101 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin əsas şüarı “İnsanlara azadlıq, Millətlərə istiqlal!” olub. Hazırda Azərbaycanda bu şüar nə qədər aktualdır?

Bugünkü Azərbaycanda Əliyev rejimi dönəmində insanlara azadlıq şüarı tamamilə tapdanılır.

İsa Qəmbər: Böyük Məhəmməd Əmin Rəsulzadə şüarı elə bir dahiliklə, elə bir uzaqgörənliklə müəyyənləşdirib ki, bu şüar hələ 100 illər də öz aktuallığını qoruyub saxlaya bilər. Çünki insan azadlığını hər şeydən üstün sayıbdır Rəsulzadə və millətlərə istiqlal şüarını da qoyubdur. Bu gün də millətlərin azadlığı, istiqlalı dünya miqyasında həlledici məsələlərdən biridir. Eyni zamanda onu da bilirsiniz ki, Məhəmməd Əmin Rəsulzadə qeyd edib ki, biz təkcə Azərbaycanın istiqlalını deyil, bütün xalqların, millətlərin istiqlalına tərəfdarıq. Yəni bu dəyəri hələ o zaman Rəsulzadə cəmiyyətə, bəşəriyyətə təqdim edibdir. Ona görə şüar öz aktuallığını saxlayır. Bugünki Azərbaycanda Əliyev rejimi dönəmində insanlara azadlıq şüarı tamamilə tapdanılır. Çünki Azərbaycan insanının, vətəndaşının bütün azadlıqları tapdanır. Azərbaycanın istiqlalı prinsip etibarı ilə mövcuddur. Amma xeyli dərəcədə Azərbaycanın suverenliyi məhdudlaşdırılıbdır. Ona görə də bu şüar da aktuallığını qoruyub saxlayır.

Amerikanın Səsi: O zaman, 101 il əvvəl Azərbaycanın müstəqilliyini tanıyan Avropa ölkələri və ABŞ-la hazırki anda Azərbaycan Respublikasının münasibətlərini necə dəyərləndirərdiniz?

İsa Qəmbər: Əslində, əgər bu gün Azərbaycan müstəqil dövlət olaraq mövcuddursa, bu, ilk növbədə Azərbaycan xalqının istiqlala münasibətinin göstəricisidirsə, eyni zamanda Qərbin, azad dünyanın, xüsusilə, ABŞ-ın mövcudiyyəti Azərbaycanın və digər yeni müstəqil dövlətlərinin müstəqilliyini təmin edir. Bu baxımdan biz bunu yüksək qiymətlənidiririk. Amma, biz hesab edirik ki, ABŞ və Avropa ölkələri özlərinin bəyan etdiyi dəyərlərə daha ardıcıl, daha prinsipial münasibət bildirsələr, bu, Azərbaycan kimi yeni müstəqil dövlətlərin də xeyrinə olar. Azad dünyanın da, qərb dünyasının maraqlarına uyğun olar.

Amerikanın Səsi: 1920-ci ildə Azərbaycanı Rusiya işğal edib. Ölkənin müstəqilliyinə yenidən təhdidlər ola bilərmi?

Amma elə 1993-cü ilin iyun qiyamı Moskvanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq cəhdi idi. Təəssüf ki, bu cəhd xeyli dərəcədə alındı.

İsa Qəmbər: Təhdidlər var. Təhdidlərin əsas ünvanı eynidir, - Moskvadır, Rusiyadır. 1920-ci ildə Rusiya Azərbaycanı və bütün Cənubi Qafqazı bütövlükdə yenidən işğal etdi. İndi tam işğal edə bilmir. Bunun da səbəbini bir neçə dəqiqə əvvəl mən dedim. Bu, əsasən beynəlxalq birliyin mövqeyidir, ABŞ-ın mövcudluğudur. Amma elə 1993-cü ilin iyun qiyamı Moskvanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq cəhdi idi. Təəssüf ki, bu cəhd xeyli dərəcədə alındı. Hakimiyyətə gətirilmiş qüvvə 1993-cü ildən bu günə qədər Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərir. Eyni zamanda, tutaq ki, 1993-cü ilin iyun hadisələri Azərbaycanın suverenliyini məhdudlaşdırdısa, 2003-cü ilin prezident seçkilərindən sonra Moskvanın Azərbaycan hakimiyyəti rejimi ilə birlikdə Azərbaycanda törətdiyi qanunsuzluqlar Azərbaycan xalqının azadlıqlarını məhdudlaşdırdı. Azərbaycanda demokratiyanın sərhədlərini müəyyənləşdirdi ki, Azərbaycan gerçək demokratiyaya nail ola bilməsin. Bu baxımdan, həmin təhlükə bu gün də qalır. Həmin təhlükəni biz 2008-ci ildə Gürcüstana münasibətlərdə, 2014 –cü ildə Ukraynaya münasibətdə açıq şəkildə gördük. Bu təhdid davam edir. Bu təhdidi Azərbaycan dövləti ciddi şəkildə nəzərə alaraq, bu təhdiddən qurtarmaq üçün gerçək azadlıqları bərqərar etmək üçün daha ciddi, əzmlə çalışmalıdır.

Amerikanın Səsi: Azərbaycan Respublikasının hazırki idaretmə fəlsəfəsi ilə Xaql Cümhuriyyətinin idarəetmə fəlsəfəsi arasında oxşar və fərqli cəhətlər nədir?

Parlamentli respublika idealımızdısa, indi az qala monarxiya istiqamətində addımlar atılan bir dövlətə çevrilibdir Azərbaycan.

Amerikanın Səsi: Yəni biz 1991-ci ildə müstəqilliyimizi bərpa edərkən orada müstəillik aktında bəyan etdik ki, 1918-1920 ci illərdə mövcud olmuş cümhuriyyəti bərpa edirik. Xüsusuilə Əbülfəz Elçibəy dönəmində, milli demokratik hakimiyyəti dönəmində Azərbaycanın gerçəklərinin 1918-1920-ci illərdə müəyyənləşdirilmiş dəyərlərə uyğun şəkildə olması üçün mümkün olan hər şeyi etməyə çalşdıq. Amma 4 iyun qiyamından sonra vəziyyət dəyişdikdən sonra bugünkü Azərbaycanla 100 il əvvəlki Azərbaycan arasındakı oxşarlıqlar getdikcə aradan qaldırılmağa başladı. İndi demək olar ki, oxşar heç nə qalmayıb. Artıq Azərbaycan nə demokratiya baxımından azad ölkə deyil. Nə müstəqilliyi tam gerçək müstəqillik deyil. Nə o şəffaflıq, dəqiqlik, iqtisadi bərabərlik, siyasi bərabərlik bunların heç birinə əməl olunmur. Azərbaycan korrupsioner rejim tərəfindən idarə olunan avtoritar rejimli bir ölkəyə çevrilibdir. Parlamentli respublika idealımızdısa, indi az qala monarxiya istiqamətində addımlar atılan bir dövlətə çevrilibdir Azərbaycan. Oxşar heç nə qalmayıb. Amma bu oxşarlıqlar, bu dəyərlər Azərbaycan xalqının vətəndaşının, gəncinin şüurundadı, təfəkküründədi. Azərbaycan xalqının bu dəyərlərə münasibəti gündən-günə açıq-aydın daha aydın şəkildə görünür. Ona görə də mən inanıram ki, həmin dəyərlərə uyğun şəkildə inkişaf etməyə başlayacağımız gün o qədər də uzaqda deyil. Bir daha bu bayram münasibəti ilə hər kəsi, bütün xalqımızı təbrik etmək istəyirəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG