Accessibility links

İsa Qəmbər: Rejim çıxış yolunu hakimiyyətin ailədaxili ötürülməsində görür


İsa Qəmbər: Görünür rejim vəziyyətdən çıxış yolunu ailədaxili hakimiyyətin ötürülməsində görür
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Milli Strateji Düşüncə Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində ölkədəki seçki mühiti və parlamentin buraxılmasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Milli Məclisin buraxılmasını ölkədə siyasi böhranın nəticəsi kimi qəbul etmək olarmı? Bunun siyasi məqsədi nədir?

Hakimiyyət böhran içindədir.

İsa Qəmbər: Hakimiyyət böhran içindədir. Uzunmüddətli bir böhrandır. Son illər vəziyyət iqtisadi cəhətdən xeyli ağırlaşıb. İndi də hakimiyyətdaxili problemlər öz təsirini göstərir. Görünür bu rejim vəziyyətdən çıxış yolunu hakimiyyətin ailədaxili ötürülməsində görür. Bu addımı hazırlayır. Bununla bağlı bir sıra dəyişikliklər həyata keçirirlər. Hesab edirəm ki, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bununla bağlıdır. Ailədaxili hakimiyyət dəyişikliyinə daha çox yararlı bir parlament formalaşdırmaq istəyirlər. Eyni zamanda bu versiya da səslənir ki, Maltada qətlə yetirilmiş jurnalistin qətli ilə bağlı yeni məlumatların ortaya çıxması, təəssüf ki, Azərbaycana da aid olan hadisədir. Hakimiyyətin də adı hallanır. Ola bilər ki, bu ərəfədə bu addımı atmaqla üstəlik də bəyanat verib avrointeqrasiyaya getməyəcəklərini bildirməklə də vəziyyəti dəyişməyə çalışırlar. Hər halda bunlar versiyalardı. Təhlil davam edir.

Amerikanın Səsi: Sizcə yeni təyin ediləcək parlament seçkiləri demokratik, azad, ədalətli keçirilə bilərmi? Bu hansı şərtlər daxilində mümkündür?

Bu rejimin azad ,ədalətli seçki keçirmək imkanı yoxdur.

İsa Qəmbər: Bu rejimin azad, ədalətli seçki keçirmək imkanı yoxdur. Yəni o baxımdan yoxdur ki, elə demokratik seçkidə xalq istədiyi şəxsi prezident seçəcək. Xalq inandığı şəxsləri parlamentdə millət vəkili olaraq seçəcək. Bu hakimiyyətin onların əshabələrinin, tərəfdarlarının xalqın səsini almaq imkanı sıfıra yaxındır. Ona görə də bu hakimiyyət məcbur olmadıqca gerçək seçkiyə getməyəcək.

Amerikanın Səsi: Bəs, seçkilər dövründə müxalifət qüvvələri nə etməlidir?

Demokratik düşərgənin toplanması, vahid mövqedən çıxış etməsi ən yaxşı qərar olardı.

İsa Qəmbər: Elə bu gün Müsavat Partiyasında keçirilən dəyirmi masa da bu məqsədə xidmət edirdi ki, demokratik düşərgə, müxalifət qüvvələri bu mərhələdə məsləhətli hərəkət eləsinlər. Mövcud situasiyada problemləri geniş, açıq müzakirə etsinlər. Məsuliyyətli qərarlar qəbul etsinlər. Çıxış yolu ciddi müzakirələrdə və məsuliyyətli qərarlar qəbul etməkdir. Bizim yanaşmamız bundan ibarətdir ki, birincisi bütün qüvvələrin birgə olması, birlikdə iştirak etməsi ən düzgün qərar olardı. İstər seçkidə iştirak olsun, istər seçkinin boykot edilməsi olsun. Demokratik düşərgənin toplanması, vahid mövqedən çıxış etməsi ən yaxşı qərar olardı. Amma bu mümkün olmayacaqsa, seçkidə iştirak edənlərlə seçkini boykot edənlər diqqəti bir-birilərinə yönətməsinlər. Bir-biriləri ilə mübarizə aparmasınlar. Bir-birini ifşa etməyə çalışmasınlar. Hakimiyyəti dəyişməyə çalışsınlar. Müsavat olaraq, Milli Strateji Düşüncə Mərkəzinin mövqeyi bundan ibarətdir. Bugünkü dəyirmi masada da bunları ifadə etməyə çalışdıq. Yəqin ki bu həftə vəziyyət aydınlaşacaq. Konstitutsiya Məhkəməsinin formal da olsa qərarı gözlənilir. Ondan sonra dövlət başçısının seçkinin zamanı ilə bağlı qərarı gözlənilir. Müsavat Partiyası bu həftənin sonunda məclis keçirəcək. Məclisdə seçkiyə münasibət müəyyənləşdiriləcək.

Qeyd: Bu, Milli Məclisin keçmiş sədri İsa Qəmbərin fikirləridir. Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə seçkilərin ədalətli və azad keçirldiyini bəyan edir və tənqidləri qəbul etmir.

Bununla yanaşı, seçki müşahidəçiliyi üzrə ixtisaslaşmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə edən missiyaları indiyədək ölkədə keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG