ABŞ-ın Milli Qasırğa Mərkəzi İsayas qasırğasının Şimali Karolina ştatından şimal istiqamətində hərəkət etdiyini bildirib. Qasırğa Şimali Karolina və Outer Banks ərazilərində minlərlə ev və iş yerlərinin elektiriksiz qalmasına səbəb olub.
İsayas qasırğası əvvəlcə bazar ertəsi Okean Adası Çimərliyi yaxınlığından keçərək, 140 kilometr sürətlə əsən külək və leysan yağışları ilə müşayət olub.
Hazırda isə qasırğa ölkənin şərq sahili boyunca istiqamətində hərəkət edir. Paytaxt Vaşinqton və Baltimor şəhərlərində əhalinin sıx yaşadığı bölgələrdə çərşənbə axşamı günün ortalarına qədər həyat üçün potensial təhlükə yarada biləcək səviyyədə daşqınlar gözlənilə bilər.
Bununla bilrikdə tropik fırtına xəbərdarlığı Vircinya ştatından simal sərqdə Mein ştatına qədər qüvvədədir.
Prezident Donald Tramp Şimali Karolinada federal rəsmilərin şəhər və qəsəbələrdə fəlakətin nəticələrinin aradan qaldırılması işlərini əlaqələndirmək üçün vəsait ayırmaq məqsədi ilə fövqəladə vəziyyət elan edib.
Tramp şənbə günü eyni bəyanatı fırtınanın tam təsirindən qurtulmuş Florida ştatı üçün də vermişdi.