Pakistanın İslamçı partiyası Məhəmməd peyğəmbərin karikaturaları əks olunan müsabiqəyə etiraz edərək Hollandiya səfiri Ardi Staois-Brakenin geri göndərilməsini tələb ediblər.
Ekstremist dini-siyasi partiya sayılan Tehrik Labbayikdən olan etirazçılar çərşənbə günü şərqi Laxor şəhərindən paytaxt İslamabad istiqamətində yürüş keçirərək yeni seçilmiş hökümətdən Hollandiya ilə diplomatik əlaqələrin kəsilməsini tələb ediblər.
''Hollandiya səfiri dərhal ölkədən deport edilməlidir. Pakistan höküməti də öz səfirini geri çağırmalıdır. Bu bizim sadə tələbiizdir və onlar da bu tələbi yerinə yetirməlidir.'' - deyə, Tehrik partiyasının lideri Xadi Huseyn Rizvi bildirib.
Pakistan parlamentinin yuxarı palatası bu həftə İslamın açıq tənqid edən ifrat sağçı siyasətçi Geert Vilders tərəfindən Hollandiyada təşkil edilən müsabiqəni qınayıb.
Pakistan xarici işlər nazirliyi karikaturalar mövzusu ilə əlaqədar hollandiyalı həmkarı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əlaqə saxladığını bildirib. Lakin danışıqların Məhəmməd peyğəmbərin təsvir edildiyi bu ilki karikatura müsabiqəsinin ləğv olunması ilə nəticələnəcəyi dəqiq deyil.