Accessibility links

İslam Dövləti qrupunun Əfqanıstanda həbsxanaya hücumu 29 nəfərin ölümü ilə nəticələnib


İslam Dövləti qrupunun döyüşçülərinin Əfqanıstanın şərqindəki Cəlalabad şəhərindəki həbsxanaya etdiyi hücum məhbuslar və təhlükəsizlik işçiləri də daxil olmaqla, azı 29 nəfərin ölümünə, 50-yə yaxın insanın yaralanmasına səbəb olub. Qrupun yerli bölməsinin 20 saat əvvəl başladığı hücum bazar ertəsi günortaya qədər davam edib.

Ordu baş qərargahlar rəisi general Yasin Ziya təmizləmə əməliyyatına başçılıq etmək üçün bazar ertəsi hadisə yerinə gedib.

Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında obyektin "tamamilə təmizləndiyi" bildirilib. Rəsmilər əməliyyatın "həbsxananın daxilində 5 hücumçunun" və İslam Dövləti qrupunun üzvləri tərəfindən 3 məhbusun öldürülməsi ilə nəticələndiyini bildirib. Ölənlərdən ikisi Taliban üzvü olub.

"Həbsxana artıq Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır" -deyə, Müdafiə Nazirliyinin sözçüsü Favad Aman Əfqanıstanın Tolo News telekanalına bildirib.

Nangarhar vilayəti hökumətinin nümayəndəsi Ataulla Xoqyani yaxınlıqdakı binalarda da axtarış əməliyyatlarının aparıldığını deyib.

Hücumdan əvvəl həbsxanada təxminən 1800 məhkum saxlanılırdı. Polis qaçmağa çalışan 1000-dən çox məhbusun ələ keçirildiyini, lakin bəzilərinin hələ də axtarıldığını bildirib.

İslam Dövləti qrupunun öz mediası vasitəsilə məsuliyyətini öz üzərinə götürdüyü hücum bomba partlayışı ilə başlayıb, bundan sonra isə silahlı şəxslər obeyktə hücum ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG