Accessibility links

İspaniyada külli miqdarada narkotik vəsitələrlə dolu sualtı qayıq aşkar edilib


İspaniya polisi çərşənbə axşamı göyərtəsində təxminən 3500 kq (3,85 ton) kokain olduğu ehtimal olunan bir sualtı qayığı sudan çıxarıb.

Polis 2 Ekvador vətəndaşını həbs etsə də, 1 nəfər Qalisiya bölgəsinin şimal-qərb hissəsində gəmidən qaçmağa müvəffəq olub.

Müstəntiqlər düşünür ki, ekipaj üzvləri sualtı qayığı göyərtəsində olan narkotik vasitələrlər birlikdə suda batırmağı planlaşdırırdı.

Polis dalğıc və şarların köməyi ilə qayığı su səthinə qaldırdıqdan sonra Pontevedra əyalətindəki Cangas limanına nəql edib.

Bütün narkotik vasitələr sualtı qayıqdan çıxarıldıqdan sonra müstəntiqlər narkotik vasitələrin tərkibini və dəqiq çəkisini müəyyən edə biləcək.

Rəsmilər narkotik vasitələrin mənşəyini və İspaniyada olan alıcının kimiliyini hələ ki, aşkar etməyib.

XS
SM
MD
LG