Accessibility links

İspaniya Avropa turistləri üçün sərhədlərini açıb


İspaniya bazar günü Avropada koronavurusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin tədbirlərinin yüngülləşdirildiyi zaman Avropa turistləri üçün sərhədlərini açıb.

İspaniya əvvəlki aylarda COVID-19-a ən çox yoluxma halları olan üçüncü ölkə olub. Cons Hopkins Universitetinin məlumatına əsasən, hazırda İspaniya 246 min təsdiq olunmuş yoluxma halı ilə dünya ölkələri arasında yeddinci yerdədir.

Lakin Avropada vəziyyətin bir qədər yaxşılaşmasına baxmayaraq, Braziliya, Cənubi Afrika, Hindistan və Birləşmiş Ştatlarda koronavirua yoluxma hallarında həyəcan doğuracaq səviyyədə artım haqda məlumat verilir.

ABŞ dünyada yoluxanların sayının ən çox olduğu ölkədir, yoluxanların sayı 2.2 milyondan artıqdır.

Braziliyada 1 milyondan çox yoluxma halı, Rusiyada isə 576 mindən çox yoluxma halı qeydə alınıb.

Cons Hopkins Universitetinin verdiyi məlumata əsasən, ABŞ təxminən 120 min ölüm halı ilə dünyada COVID nəticəsində ölüm hallarının ən çox olduğu ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG