Accessibility links

İspaniyanın Baş naziri 9 Katalon separatçısını əfv edib


İspaniyanın Baş Naziri Pedro Sançez bazar ertəsi 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendum zamanı üsyana təhrik etmə ittihamı ilə həbs olunun 9 katalon separatçısını bağışlayacağını bildirib.

Açıqlama Kataloniyanın paytaxtı Barselonada bölgənin gələcəyi ilə bağlı çıxışı zamanı verilib.

Sançez kabinetinin əfv qərarlarını çərşənbə axşamı qəbul edəcəyini deyib.

2017-ci ildə qadağan olunmuş ayrılma referendumunun keçirilməsindəki rollarına görə 12 separatçı mühakimə olunaraq uzunmüddətli həbs cəzaları alıb.

Onlar seçkinin nəticələrindən bir neçə gün sonra müstəqilliklərini elan etmişdilər. Həmkarlar ittifaqları referendumu boykot edərək polisin iştirakı ilə prossesi dayandırmağa çalışıb.

Separatçılardan biri Oriol Yunqueras hökumətin Avropa İttifaqının mühakimə işinə qarışmasından çəkinənlərin əfv olunduğinu bildirir.

Çıxışı zamanı Sançez deyib ki, "bu addımla 9 nəfəri həbsdən azad edirik, lakin simvolik olaraq biz milyonlarla insanın birgə yaşamağa cəlb edirik."

Əfv məsələsi İspaniyanın digər bölgələrində geniş fikir ayrılığına səbəb olub. Ümumilli sorğularda iştirak edən insanların 60 faizi bu qərarın əleyhinədir.

Bu ayın əvvəlində minlərlə insan Madrid küçələrində əfv qərarına etiraz edərək Sançezin istefasını tələb edib.

XS
SM
MD
LG