Accessibility links

İspaniya miqrantları qarşılayıb


Aralıq dənizində xilas edilən 630 nəfər miqrantın artıq ilk hissəsi İspaniyaya gətirilib. Onların əksəriyyəti Afrika, Əfqanıstandan, Pakistan və Banqladeşdəndir.

Onları Valensiya limanında Qırmızı Xaç təşkilatının min könüllüsü və 470 tərcüməçi də daxil olmaqla, 2 mindən çox adam qarşılayıb.

Buna görə də İspaniya ilə Fransa onları qəbul etmək qərarına gəlib.

Bu məsələ hətta Fransa ilə İtaliya arasındakı münasibətləri gərginləşdirib.

Valensiya limanında miqrantları üzərində katalon və ərəb də daxil olmaqla, müxtəlif dillərdə “Evə xoş gəlmisiz” sözləri yazılmış nəhəng şüarla qarşılayıblar.

Qırmızı Xaç təşkilatının könüllüsü Conson Tamayo deyib ki, insanlar tərcüməçi kimi kömək etmək və ya sığınacaq vermək üçün könüllü limana gəlib.

Qeyd edək ki, İtaliya ilə Malta bundan əvvəl onları xilas edən “Akvarius” gəmisini qəbul etməyib.

İtaliyanın yeni baş naziri Matteo Salvini isə bildirib ki,Roma Afrika sahillərində miqrantları xilas edən qanunsuz təşkilatlarla əməkdaşlığı dayandırır və limanlarını onların gəmilərinə bağlayır.

Miqrant problemi iyunun sonlarında Avropa Birliyi sammitində əsas müzakirə mövzularından biri olmalıdır.

Yaxın Şərq və Afrikadakı ərəb ölkələrində gedən hərbi münaqişələr Avropaya qaçqın axınına səbəb olub.

Təkcə Almaniya milyondan artıq miqrant qəbul edib.

Türkiyədə isə hazırda 2 milyondan çox qaçqın var.

XS
SM
MD
LG