Accessibility links

İspaniya Venesuela böhranında mərkəzi rol almağa başlayır


Rəsmi Madrid prezident Nokals Maduronun istefası ilə bağlı danışıqlara başlamaq və keçən həftə ev dustaqlığından qaçaraq hərbi çevrilişə başçılııq edən müxalifət lideri Leopoldo Lopezə Karakasdakı səfirliyində sığınacaq verməklə, Venesuela böhranında mərkəzi yer tutmaqda davam edir.

İspaniya prezident Donald Trampın Quaydonu prezident tanımasından yalnız iki həftə sonra eyni addımı atıb.

Bəzi analitiklərin fikrincə, Maduronun istefaya getməsi üçün İspaniyanın prosesə cəlb edilməsi ideyası Maduronun müdafiə naziri və yüksək rütbəli köməkçilərinın onu tərk etməyə hazır olduqlarına erkən inamdan qaynaqlanıb.

Lopez və Xuan Quaydonu qoruyan milli qvardiyanın bir qrup əsgərinin Karakasdakı hərbi bazanın qarşısına gələrək, hökumətə qarşı çıxmağa çağırışından sonra `silahlı qüvvələr parçalanır və bu, çox pis ssenaridir` - deyə, İspaniyanın xarici işlər naziri Cosep Borrel bildirib.

Venesuelanın müxalifət lideri Leopoldo Lopez
Venesuelanın müxalifət lideri Leopoldo Lopez

Leopoldo Lopez İspan səfirliyindən mətbuata verdiyi açıqlamada Maduronun istefası üçün rejimin ən yüksək səviyyəli şəxsləri ilə danışıqlar aparıldığını deməsi ispan solçularının tənqidlərinə səbəb olub.

Digər tərəfdən mühafizəkarlar Lopezin atasının İspaniya vətəndaşı olduğuna və İspaniya partiyası üzvü kimi Avropa Parlamentində çalışdığına görə onu qorumaq İspaniyanın borcu olduğunu deyirlər.

İspaniyanın dilemması Venesueladan Xuan Quaydonun Maduronun prezidentliyinin qanuniliyini şübhə altına alması və ordunu qeyri-qanuni yolla seçilən hökuməti dəstəkləməməyə çağırmasından sonra meydana çıxıb.

Baş nazir Sançez prezident Donald Trampın Quaydonu prezident tanımasından iki həftə sonra eyni addımı atdı.

Bütün bunlara baxmayaraq, Birləşmioş Ştatların Venesuela üzrə xüsusi nümayəndəsi Eliott Abrams Venesuelanın Maduro hökumətinın qan tökülmədən istefa verməsi üçün İspaniyanın təsirindən istifadə etməyə çalışdı.

Abrams apreldə İspan hökumətindən hərbi çevriliş olmadan insan haqları pozuntuları və kütləvi şəkildə korrupsiyanı ittihamları ilə üzləşən Venesuela məmurları üçün təhlükəsiz yerləri təşkil etməsini xahiş etmək üçün Madridə səfər etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG