İspaniyalılar bazar günü milli seçkilərdə iştirak etmək üçün seçki məntəqələrinə üz tutacaq. Proqnozlara görə, seçkilər nəticəsində heç bir partiya parlament çoxluğu əldə edə bilməyəcək.
Hazırda iqtidarda olan Sosialist partiyası digər dörd partiya ilə rəqabətdədir. Həmin partiyalara Avropada yaranmış digər ifrat sağçı hərəkatlarla bir sırada olan Vox partiyası da daxildir.
Sol və mərkəz-sağ siyasi qüvvələrin liderləri seçicilərə ifrat sağı kənarda saxlamaq çağırışları ediblər.
Cümə günü sosialist baş bazir Pedro Sançes sol qanad “Birlikdə Biz Bacaracayıq” hərəkatı ilə koalisiya imkanına açıq olduğunu bildirib. Bu baş verdiyi halda iqtidar mərkəz-sol razılığı nəticəsində formalaşacaq.
Siyasi sağda isə Xalq partiyası, Vox partiyası və Vətəndaşlar partiyası seçicilərin dəstəyini qazanmağa çalışır.
Xalq partiyası və Sosialist partiyası 1970-ci ildə İspaniyanın demokratiyaya qayıdışından sonra iqtidarda bir-birini əvəz ediblər.
Bazar günü seçkilərində heç bir partiyanın parlament üstünlüyü qazanacağı gözlənilmir. Partiyaların bir-birinə yaxın səslər almaları həftələr ərzində iqtidar koalisiyasının formalaşdırlaması müzakirələri ilə nəticələnə bilər.
Təhlilçilər bu seçkilər nəticəsində iqtidarın formalaşmaması və yeni seçkilərin keçirilməsi ehtimalını da səsləndirirlər.
Son rəy sorğularına əsasən İspaniyanın 37 milyon seçicisinin təxminən üçdə biri hansı partiyaya səs verəcəyinə qərar verməyib. Bazar ertəsi keçirilən rəy sorğularında Sosialistlərin təxminən 30 faiz səs alacağını və parlamentdə yerlərinə görə digər partiyaları arxada qoyacaqlarını göstərir.