İspaniyada pandemiya baş verdikdən bəri ölkədə ölənlərin sayının artması ilə koronavirusdan son 24 saat ərzində 738 ölüm hadisəsi qeydə alınıb.
Nazirlikdən bildirilib ki, bu günə kimi virusdan ölənlərin sayı 2696 nəfərdən 3,434-ə çatıb. Qeydə alınan yoluxma hallarının ümumi sayı çərşənbə axşamı günü 39673-dən 47610-a çatıb.
İspaniya ordusu NATO tərəfdaşlarından alyansın beynəlxalq yardım tədbirləri çərçivəsində koronavirus üçün test dəstləri, havalandırıcılar və qoruyucu qurğular istəyib. Bu barədə İspaniya ordusunun başçısı Migel Vilyaroya məlumat verib.
Onun sözlərinə görə, İspaniya NATO-ya üzv dövlətlərin ordularına kömək üçün müraciət edib. Vilyaroya jurnalistlərə bildirib ki, yardım mülki şəxslərə veriləcək.
Dünən yayılan başqa bir xəbərdə isə martın 21-dən bəri İspaniyada səhiyə sahəsində böyük bir qalmaqal haqda məlumat verilib. Madrid yaxınlığında özəl fəalliyət göstərən bir neçə qocalar evlərində koronavirus xəstələri, habelə koronavirus infeksiyasının ağırlaşmalarından ölən yaşlı insanların "hesaba alınmayan” cəsədləri tapılıb. İspaniya müdafiə nazirinin sözlərinə görə, bu insanlar xəstələnəndə vaxtında xəstəxanalara göndərilməyiblər, yataqlarında ölüblər. Bir neçə halda, ölənlər palatalarda ölümdən sonra saatlarla qalıblar.